Əlixan Musayev:
(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır.
Bünyadov-Məmmədəliyev:
(Allah) onunla (o su ilə) sizin üçün əkin (taxıl, bitki), zeytun, xurma, üzüm və bütün (başqa) meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda (Allahın vəhdaniyyətini sübut edən) dəlillər vardır!
Elmir Quliyev
:
Он взращивает для вас злаки, маслины, финики, виноград и всевозможные плоды. Воистину, в этом — знамение для людей размышляющих.
Ələddin Sultanov:
Allah onun vasitəsilə sizin üçün əkinlər, zeytun, xurma, üzüm və hər cür meyvələrdən yetişdirir. Həqiqətən, bunda təfəkkür edən insanlar üçün dəlillər vardır.
Kerbelayi Malik ağa:
Onunla sizin üçün əkinlər, zeytunlar, xurmalıqlar, bağlar və bütün məhsullardan yetişdirər. Şübhəsiz ki, bunda təfəkkür edən topluluq üçün əlbəttə ayə (dəlil) vardır.
Ələsgər Musayev:
O sizin üçün
onunla əkinlər və zeytunluqlar və xurmalıqlar və üzümlüklər
və külli səməratdan yetişdirir. Həqiqətən, bunda təfəkkür sahibi
olan qoum üçün ayətlər var.
A.Mehdiyev və D.Cəfərli:
Onun vasitəsi ilə sizin üçün əkin, zeytun, xurma və üzüm ağacları və hər növ meyvə və məhsul bitirir. Doğrudan da bunda (bu yaradılışda) düşünən bir dəstə üçün (Onun tək olmasına və qüdrətinə dair) bir nişanə vardır.
Kövsər Tağıyev:
Allah o su ilə sizə əkin, zeytun, xurma ağacları, üzümlər və bütün meyvələrdən yetişdirir. Həqiqətən, düşünən bir qövm üçün bunda bir ibrət var.
M.Qənioğlu və T.Bilaloğlu:
Bununla O, sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün məhsullardan yetişdirir. Həqiqətən, düşünən adamlar üçün bunda bir dəlil vardır.
Sabirə Dünyamalıyeva:
Allah, su ilə sizin üçün əkin, zeytun, xurmalıqlar, üzümlər və bütün meyvələrdən bitirir. Şübhəsiz ki, yaxşıca düşünən bir qövm üçün həqiqətən bunların hərəsində bir işarət/nişan var.