Furqan Surəsi 11. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Lakin onlar Qiyaməti yalan saydılar. Biz onu yalan sayanlardan ötrü yandırıb-yaxan bir od hazırladıq.
Bünyadov-Məmmədəliyev:
Lakin onlar (təkcə səni deyil) o saatı da (qiyaməti də) yalan saydılar. Biz o saatı (qiyaməti) yalan hesab edənlər üçün (Cəhənnəmdə) şiddətli bir atəş hazırladıq.
Elmir Quliyev :
Но они считают ложью Час, а для тех, кто считает ложью Час, Мы приготовили Пламя.
Ələddin Sultanov:
Onlar qiyaməti yalanladılar. Biz qiyaməti yalan sayanlar üçün yandırıb-yaxan bir atəş hazırlamışıq.
Kerbelayi Malik ağa:
Xeyr, onlar o saatı (qiyaməti) yalanladılar. Biz o saatı yalanlayanlara, alovlu atəş hazırladıq.
Ələsgər Musayev:
Bəli, saatı yalan saydılar. Biz o kəs üçün ki, saatı yalan sayır, yanar od hazır etmişik.
A.Mehdiyev və D.Cəfərli:
(Peyğəmbərin yemək yeməsinə gəzməsinə görə peyğəmbərliyin inkar edilməsi bəhanədir.) Əksinə, (əslində) onlar Qiyaməti yalan hesab etdilər (və cəza günü olmayanda təbii ki, peyğəmbərlik din puç əbəs bir olacaqdır). Biz Qiyaməti yalan sayan kəs üçün yandıran bir od hazırlamışıq.
Kövsər Tağıyev:
Xeyr, onlar qiyaməti yalan saydılar. Biz isə qiyaməti yalan sayanlar üçün çılğın bir cəhənnəm atəşi hazırlamışıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar isə qiyaməti yalan hesab etdilər. Biz qiyaməti yalan hesab edənlər üçün cəhənnəm odu hazırladıq.
Sabirə Dünyamalıyeva:
Əslində onlar qiyaməti inkar etdilər. Biz isə qiyaməti yalan sayanlara şiddətli bir atəş hazırladıq.