Əlixan Musayev:
(Sonra buyurduq:) “Geniş zirehlər düzəlt və halqaları toxuduqda ölçüyə riayət et. (Ey Davud ailəsi,) yaxşı işlər görün! Mən, həqiqətən də, sizin nə etdiyinizi görürəm”.
Bünyadov-Məmmədəliyev:
(Biz Davuda belə buyurduq: ) “Geniş, uzun (insanın bədənini örtən) zirehlər düzəlt, (onları) toxuduğun zaman ölçüyə riayət et! (Zirehin həlqələri bir-birinə uyğun gəlsin, biri böyük, biri kiçik olmasın!) Və (siz də ey Davud ailəsi!) yaxşı işlər görün. Həqiqətən, Mən sizin etdiyiniz əməlləri görürəm!”
Elmir Quliyev
:
Выкуй длинные кольчуги и соблюдай меру в кольцах. Поступайте праведно, ведь Я вижу то, что вы совершаете.
Ələddin Sultanov:
(Sonra ona belə buyurduq:) “Geniş zirehlər düzəlt və toxuyarkən ölçüyə riayət et! Yaxşı işlər görün! Həqiqətən, Mən sizin etdiklərinizi görürəm”.
Kerbelayi Malik ağa:
Geniş zirehlər düzəlt. Onu hörgü şəklində toxu. Saleh əməl (nəfsi islahedici əməl) işləyin! Şübhəsiz ki, Mən etdiklərinizi görənəm.
Ələsgər Musayev:
«Aşağı düşən et və həlqələrini ölç. Saleh əməl edin, həqiqətən,
Mən sizin etdiyiniz əməlləri görürəm!»
A.Mehdiyev və D.Cəfərli:
«Geniş zirehlər toxu və onların toxunmasında ölçünü gözlə (halqalar həm bir-birinə, həm də paltarın hissələrinə uyğun olsun, zireh də bədənin ölçüsündə olsun) və (bu nemətlərin şükrü olaraq) yaxşı işlər görün ki, Mən etdiklərinizi görənəm».
Kövsər Tağıyev:
və (bütün vücudu örtəcək) zirehlər düzəlt, işdə də ölçülü ol deyə dəmiri onun üçün yumşaltdıq. “Saleh əməl işləyin. Çünki Mən sizin etdiklərinizi görürəm”, – deyə vəhy etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Kamil zirehlər düzəlt və toxunmasını ölçüsündə et. (Ey Davud əhli), yaxşı işlər tutun, axı Mən nə etdiklərinizi görürəm!
Sabirə Dünyamalıyeva:
Geniş zirehlər düzəlt və düzəldərkən ölçüyə riayət et. -Siz də saleh əməl işləyin. Həqiqətən Mən nə etdiklərinizi ən yaxşı görənəm.-