Əlixan Musayev:
(Kafirlərdən) soruş ki, onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? Biz ki onları yapışqan kimi palçıqdan yaratdıq.
Bünyadov-Məmmədəliyev:
İndi (ya Peyğəmbər, bu müşriklərdən) soruş: onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? [Və ya: xilqətcə onlar güclüdürlər, yoxsa Bizim (başqa) yaratdıqlarımız?] Axı Biz onları (insanların babası Adəmi) yapışqan (kimi) bir palçıqdan yaratdıq.
Elmir Quliyev
:
Спроси их (людей), они созданы прочнее или то, что Мы сотворили? Воистину, Мы сотворили их из липкой глины.
Ələddin Sultanov:
Onlardan soruş: “Onlarımı yaratmaq daha çətindir, yoxsa yaratdıqlarımızı (mələkləri, yeri və göyləri)?!” Həqiqətən, Biz onları (insanları) yapışqan bir palçıqdan yaratdıq.
Kerbelayi Malik ağa:
Xeyr, onlardan fətva istə (soruş): ‘Onlarmı yaradılış baxımından daha qüvvətli, yoxsa Bizim (digər) yaratdıqlarımızmı?’ Şübhəsiz ki, Biz onları yapışqan, nəmli torpaqdan yaratdıq.
Ələsgər Musayev:
Soruş onlardan: Ə, onlar şiddətli xəlq olunublar, yoxsa kimi ki, Biz xəlq etmişik? Həqiqətən, Biz onları yapışan gildən xəlq etdik.
A.Mehdiyev və D.Cəfərli:
(Ya Muhəmməd!) Belə isə bunlardan (Məkkə müşriklərindən) soruş ki, xilqətcə bunlar daha möhkəmdirlər, ya Bizim yaratdıqlarımız (mələklər, göylər və yer)? Həqiqətən, Biz bunları yapışqan bir palçıqdan yaratdıq (Xilqətdə daha zəifdirlər, itaətsizlikdə isə daha qüvvətlidirlər).
Kövsər Tağıyev:
(Ey Muhamməd!) İndi sən onlardan soruş: “Onları yaratmaq daha çətindir, yoxsa yaratdığımız digər şeyləri yaratmaq?” Şübhəsiz, biz onları yapışqan bir palçıqdan yaratdıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Bir onlardan [müşriklərdən] soruş ki, onlarımı yaratmaq çətindir, yoxsa (başqa) xəlq etdiklərimizi? Biz ki onlan yapışqan kimi bir palçıqdan xəlq etmişik.
Sabirə Dünyamalıyeva:
İndi onlardan soruş: "Xilqət baxımından onlar daha çətindir, yoxsa Bizim əmələ gətirdiyimiz kəslər?" Şübhəsiz ki, Biz onları sulu yapışqan palçıqdan yaratdıq.