Əlixan Musayev:
Allah övladlarınız haqqında sizə (belə) tövsiyə edir; kişiyə, iki qadının payı qədər (pay) düşür. Əgər (övladların hamısı) ikidən artıq sayda qadındırlarsa, (vəfat edənin) qoyub getdiyi (malın) üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, (mirasın) yarısı ona çatır. Əgər (ölənin) övladı varsa, onun valideyn-lərinin hər birinə qoyub getdiyi (malının) altıda bir hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də (ancaq )valideynləridirsə, onun anasına (mirasının) üçdə bir hissəsi düşür. Əgər (ölənin) qardaşları (və ya bacıları) varsa, onun ana-sına (mirasının) altıda bir hissəsi düşür. (Bu bölgü )ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra (aparılır). Valideynləriniz-dən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilmirsiniz. (Bunlar) Allah tərəfindən buyurulmuş fərz əməllərdir. Həqiqətən, Allah Biləndir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür. Əgər (ölən şəxsin) qızlarının sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur. Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir. (Qalan hissə tamamilə ataya çatır). Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi altıda birdir. (Yerdə qalan hissəsi yenə atanın payına düşür). Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansı birinin (xeyir və) mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu (bölgü) Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Elmir Quliyev
:
Аллах заповедует вам относительно ваших детей : мужчине достается доля, равная доле двух женщин. Если все дети являются женщинами числом более двух, то им принадлежит две трети того, что он оставил. Если же есть всего одна дочь, то ей принадлежит половина. Каждому из родителей принадлежит одна шестая того, что он оставил, если у него есть ребенок. Если же у него нет ребенка, то ему наследуют родители, и матери достается одна треть. Если же у него есть братья, то матери достается одна шестая. Таков расчет после вычета по завещанию, которое он завещал, или выплаты долга. Ваши родители и ваши дети — вы не знаете, кто из них ближе и приносит вам больше пользы. Таково предписание Аллаха. Воистину, Аллах — Знающий, Мудрый.
Ələddin Sultanov:
Allah övladlarınız (övladlarınıza miras bölgüsü etməyiniz) haqqında sizə əmr edir ki, oğula iki qızın payı qədər (pay) düşür. (Ölən şəxsin) qızları ikidən artıq olarsa, mirasın üçdə ikisi onlarındır. Əgər tək bir qızdırsa, (mirasın) yarısı onundur. (Ölən kimsənin) övladı varsa, ata-anasının hər birinə mirasın altıda biri (qədər pay düşür). Əgər onun övladı olmayıb, varisi ata və anasıdırsa, (mirasın) üçdə biri anaya düşür. Əgər onun (ölmüş kimsənin) qardaşları varsa, (mirasın) altıda biri anaya düşür. (Bütün bu bölgü, ölən kimsənin) edəcəyi vəsiyyətdən və ya borcu ödənildikdən sonradır. Atalarınızdan və övladlarınızdan faydalı olmaq cəhətdən hansının sizə daha yaxın olduğunu bilməzsiniz. (Bunlar,) Allah tərəfindən müəyyən edilmiş paylardır. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hikmət sahibidir. (İslam vərəsəlik hüququnda paylar insanların öhdəlikləri nisbətində ədalətli şəkildə bölüşdürülmüşdür. Buna görə də daha çox öhdəliyi olanlara daha çox pay verilmişdir. İslam ailə hüququna görə, evlilikdə mehri verən və toy xərcini çəkməli olan kişidir. Evləndikdən sonra da ailəyə və uşaqlara baxmaq kişinin üzərinə düşür.)
Kerbelayi Malik ağa:
Allah sizə övladlarınızın (mirası) haqqında belə tövsiyə edir. Kişiyə qadının payının ikiqatı, ancaq əgər qadınlar ikidən çoxdurlarsa, o zaman mirasın üçdə ikisi onlarındır və əgər o (qadın) bir nəfərdirsə, o zaman yarısı onundur. Əgər ölənin övladı varsa, onun ana və atasının hər biri üçün qoyub getdiyi mirasın altıda bir pay vardır. Lakin onun övladı yoxsa və yalnız ana-ata varis olarsa, o təqdirdə, üçdə biri anasınındır (geriyə qalan atanındır). Lakin əgər ölənin qardaşları da varsa, o zaman altıda biri anasınındır. Bunlar borcu ödənib və vəsiyyəti yerinə yetirildikdən sonradır. Atalarınızdan və oğullarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu bilməzsiniz. (Təyin olunan bu paylar) Allahdan bir fərzdir. Şübhəsiz ki, Allah Alimdir, Hakimdir.
Ələsgər Musayev:
Vəsiyyət edir sizə Allah övladlarınızın barəsində: oğlun payı
iki qız payının misli qədərdir. Əgər onlar qadındırlarsa və sayı
ikidən çoxdursa onda onlar üçündür üçdə iki hissə, nədən ki, o
tərk edibdir. Və əgər təkdirsə, onda yarısı onundur. Onun
valideynlərinin hər biri üçündür altıda bir hissə, nədən ki, o
tərk edibdir, əgər onun övladı olarsa. Və əgər övladı yoxdursa
və varisi valideynləridirsə, onda anası üçün üçdə bir hissədir.
Əgər qardaşı olarsa, onda anası üçündür altıda bir hissəvəsiyyətini
edəndən, ya borclarını ödəyəndən sonra. Atalarınız
və oğullarınız – bilməzsiniz onlardan hansı sizə daha yaxındır
faydada. Fərz Allahdan. Həqiqətən, Allah olar Alim, Həkim!
A.Mehdiyev və D.Cəfərli:
Allah sizə övladlarınız(ın mirası) barəsində oğlanın payının iki qızın payı qədər olmasını tövsiyə edir.Beləliklə, əgər (varislərin hamısı) qadın - (iki qız və ya) iki qızdan çox - olsalar (ilkin hökmə əsasən, ölənin) mirasın(ın) üçdə ikisi onlarındır (və əgər ölənin ata-anası yoxdursa qalan hissə də onlara çatır). Əgər (varis təkcə) bir qız olsa, mirasın yarısı onundur (və əgər ölənin ata-anası yoxdursa, qalan hissə də ona verilir). Əgər ölənin övladı varsa, onun ata və anasının hər birinə mirasın altıda biri verilir.Əgər övladı yoxdursa və varis yalnız ata ilə anadırsa, onda (malın) üçdə biri ananın (qalan hissəsi atanın)dır.Əgər ölənin qardaşları varsa, malın altıda biri anasınındır.(Bütün bunlar) onun etdiyi vəsiyyətdən və ya (boynunda olan) borc(un maldan ayrılmasın)dan sonradır. Siz atalarınız və oğullarınızdan hansı birinin sizin üçün daha xeyirli olmasını bilmirsiniz.(Buna görə də irs çatan şəxslərin payları arasındakı fərqlərdən təəccüblənməyin və ona etiraz etməyin. Bu bölgü üslubu) Allah tərəfindən olan bir vacibdir. Həqiqətən Allah həmişə alim və hikmət sahibidir.
Kövsər Tağıyev:
Allah sizə övladlarınız(ın alacağı miras) haqqında kişiyə iki qadının payı qədərini əmr edir. (Övladlar sadəcə) ikidən artıq qızdırlarsa, (ölənin geridə) buraxdığının üçdə ikisi onlarındır. Əgər qız birdirsə, (mirasın) yarısı onundur. Ölənin övladı varsa, geridə buraxdığı maldan valideynlərindən hər birinin altıda bir payı var. Əgər övladı yoxdursa və (yalnız) ata-anası ona varis olursa, anasına üçdə bir düşər. Əgər qardaşları varsa, anasının payı altıda birdir. (Bu bölgü, ölənin) edəcəyi vəsiyyətdən ya da borcundan sonradır. Atalarınız və oğullarınızdan hansının sizə daha faydalı olduğunu bilə bilməzsiniz. Bunlar Allah tərəfindən fərz buyurulmuşdur. Şübhəsiz, Allah haqqı ilə biləndir, hökm və hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah övladlarınız haqqında sizə belə tövsiyə edir; oğula iki qız payı qədər, əgər onlar [övladlar] qadın cinsindən olub ikidən çoxdurlarsa - onlara mirasın üçdə iki hissəsi, tək qızdırsa - ona yarısı düşür. Əgər (ölənin) övladı [oğlan və ya qız] varsa, valideynlərinin hər birinə mirasdan altıda biri düşür. Əgər onun övladı yoxsa və varisi valideynləridirsə, onda üçdə biri anasınındır, əgər onun qardaş-bacıları varsa- altıda biri anasınındır. (Bu bölgü) onun vəsiyyətləri (yerinə yetdikdən) və ya borcu (ödənildikdən) sonra olur. Valideynlərinizdən və ya övladlarınızdan hansının faydaca sizə daha yaxın olduğunu siz bilmirsiniz deyə bunlar Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah hər şeyi biləndir və hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
Allah, sizə övladlarınız barədə Allah tərəfindən bir bölgü müəyyənləşdirmiş [və bunu] öhdənizə qoymuşdur: Kişi üçün, iki qadının payı qədərdir. Əgər hamısı qadın olmaq üzrə iki nəfərdən çox olsalar, o zaman geridə qalan şeylərin [mirasın] üçdə-ikisidir. Və əgər bir tək qadın isə, o zaman ona yarısıdır. Əgər vəfat edən kəsin ata-anası ilə birgə uşaqları da qalmışsa, ana-atanın hər birinə altıda-bir; əgər ölənin övladı yoxdursa, varis olaraq ana-atası qalmışsa, o zaman anası üçün üçdə-birdir. Əgər vəfat edənin qardaşları varsa, anası üçün altıda-birdir. Bu paylar, ölənin etdiyi vəsiyyətdən və borclarından sonradır. Atalarınız və övladlarınızdan hansının sizə fayda baxımından daha yaxın olduğunu siz bilməzsiniz. Şübhəsiz ki, Allah, ən yaxşı biləndir, ən yaxşı qanun qoyandır.