Əhqaf Surəsi 11. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kafirlər möminlərə dedilər: “Əgər (Quran) xeyirli bir şey olsaydı, onlar bunda bizi qabaqlaya bilməzdilər!” Onlar bununla doğru yola gəlmədikləri üçün: “Bu, köhnə yalandır!”– deyəcəklər.
Bünyadov-Məmmədəliyev:
Kafir olanlar iman gətirənlər barəsində deyirlər: “Əgər (Quran, islam dini) yaxşı bir şey olsaydı, (möminlər) bu işdə bizdən qabağa düşə bilməzdilər (biz onlardan daha əvvəl) iman gətirərdik. Onlar (Quranla) doğru yola gəlmədikləri üçün: “Bu, köhnə yalandır!” deyəcəklər.
Elmir Quliyev :
Неверующие сказали верующим: "Если бы это было благом, то они не опередили бы нас в этом". Они не стали руководствоваться им, и поэтому они скажут: "Это старое измышление".
Ələddin Sultanov:
Kafirlər iman gətirənlər barəsində: “Əgər o (İslam dini) yaxşı bir şey olsaydı, onlar bu məsələdə bizdən önə keçə bilməzdilər”, - deyirlər. Ancaq onlar bununla doğru yola gəlmək istəmədikləri üçün: “Bu, keçmişdən qalan bir yalandır!” - deyəcəklər. (İslamı ilk qəbul edənlər əsasən kölələr, kasıblar acizlər olduğu üçün Qüreyş qəbiləsinin öndərləri İslamın xeyir gətirmədiyini bunun da İslam dinini qəbul edənlərin səviyyələrindən bəlli olduğunu iddia etmişdilər. Yuxarıdakı ayədə onların bu hərəkətlərinə işarə edilir.)
Kerbelayi Malik ağa:
İnkar edənlər amənu olanlara: ‘Əgər O, xeyirli olsaydı, Ona (hörmətdə, imanda) bizi keçə bilməzdilər.’ dedilər. Onunla (Quranla) hidayətə çata bilməyincə o zaman ‘Bu, qədimi bir yalandır.’ deyəcəklər.
Ələsgər Musayev:
Dedi o kəslər ki, kafirdirlər, o kəslər üçün ki, inandılar: «Əgər o xeyirli olsaydı, qabaqlaya bilməzdilər bizi ona tərəf!» Onda hidayət olunmayıblar onunla, deyirlər: «Bu, qədim yalandır!»
A.Mehdiyev və D.Cəfərli:
Küfr edənlər iman gətirənlər barəsində dedilər: «Əgər bu (Qur’an ya din) yaxşı şey olsaydı, onlar (yoxsullar aşağı təbəqədən olanlar) onun qəbul edilməsində bizdən qabağa düşməzdilər.» Onlar onun vasitəsilə hidayət olunmadıqları üçün «bu (kitab) qədim köhnə bir yalandır» deyəcəklər.
Kövsər Tağıyev:
İnkar edənlər iman edənlər haqqında: “Əgər o Qur`an yaxşı bir şey olsaydı, onlar onu qəbul etməkdə bizi keçə bilməzdilər”, dedilər. Onunla doğru yolu tapa bilmədikləri üçün: “Bu, köhnə bir uydurmadır”, deyəcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlər iman gətirənlər haqqında deyərlər: "Əgər bunda xeyirli bir şey olsaydı, onlar bizi bu yolda qabaqlaya bilməzdilər." Onunla [Quranla] düz yola çıxmadıqları üçün onlar deyəcəklər: "Bu, köhnə yalandır!"
Sabirə Dünyamalıyeva:
kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslər], iman etmiş kəslər haqqında: "Əgər bir xeyir, mənfəət olsaydı, onlar, o işdə bizi qabaqlaya bilməzdilər; əvvəl biz mömin olub mənfəəti biz götürərdik" dedilər. Bununla yönləndirildikləri doğru yola girmədikdə isə: "Bu köhnə bir uydurmadır" deyəcəklər.