Əlixan Musayev:
Kimdir o şəxs ki, Allaha gözəl bir borc versin (Allah yolunda malını yaxşı işlərə sərf etsin), O da onun üçün bunu qat-qat artırsın? Onun üçün çox dəyərli bir mükafat da vardır.
Bünyadov-Məmmədəliyev:
Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, O da onun əvəzini qat-qat (birə on, yaxud birə yeddi yüz) artırsın?! Onu həm də çox qiymətli bir mükafat (Cənnət) gözləyir!
Elmir Quliyev
:
Если кто одолжит Аллаху прекрасный заем, то Аллах увеличит его для него. Ему уготована щедрая награда.
Ələddin Sultanov:
Kim Allaha gözəl bir borc vərərsə, O bunu (əməllərinin mükafatını) onun üçün qat-qat artırar. Bir də onun üçün çox qiymətli bir mükafat vardır.
Kerbelayi Malik ağa:
Kim ki, Allah üçün gözəl bir borc verər, o təqdirdə o (borc), ona qat-qat ödənər. Onun üçün kərim əcr vardır.
Ələsgər Musayev:
Kim Allaha yaxşı borc verər, ondan ötrü ki, O ikiqat artırsın
onun üçün və onun üçün əcr kəramətli?
A.Mehdiyev və D.Cəfərli:
Allaha borc – (xalis niyyətlə malının ən yaxşısından ən möhtac yerə) gözəl borc verən varmı ki, Allah da onu, onun üçün neçə qat artırsın və (axirtədə) ona çox dəyərli və bəyənilən bir mükafat versin?
Kövsər Tağıyev:
Kim Allaha gözəl bir borc verər ki, Allah da onu özünə qat-qat ödəsin. Onun üçün çox dəyərli bir mükafat da var.
M.Qənioğlu və T.Bilaloğlu:
Kimdir o kəs ki, Allaha yaxşı bir borc verir, Allah da ona qat-qat (əvəz) verir və ona gözəl bir mükafat da vardır.
Sabirə Dünyamalıyeva:
Kimdir o, Allaha gözəl bir ödunc verəcək adam ki, Allah da onun üçün [bunun əvəzini] qat-qat artırsın! Onun üçün şərəfli bir mükafat da var.