Əlixan Musayev:
Ey iman gətirənlər! Sizə: “Məclislərdə yer verin!”– deyildikdə yer verin ki, Allah da sizə geniş yer versin. Habelə sizə: “Qalxın!”– deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah nə etdiklərinizdən xəbərdardır.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Sizə: “Məclislərdə (mömin qardaşlarınıza) yer verin!” – deyildiyi zaman (onlara) yer verin ki, Allah da sizə (Cənnətdə) geniş yer versin. Eləcə də sizə: “Qalxın!” deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır!
Elmir Quliyev
:
О те, которые уверовали! Когда вас просят на собраниях сесть просторнее, то садитесь просторнее, и Аллах одарит вас местом просторным. Когда же вам велят подняться, то поднимайтесь. Аллах возвышает по степеням тех из вас, кто уверовал, и тех, кому даровано знание. Аллах ведает о том, что вы совершаете.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Sizə: “Məclislərdə yer verin!” – deyildikdə yer verin ki, Allah da sizə (cənnətdə) geniş yer versin. “Qalxın!” – deyildikdə də qalxın ki, Allah sizdən iman gətirənlərin və elm verilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Məclislərdə sizə: ‘(Oturmaq üçün) yer verin!’ deyildiyi zaman, o təqdirdə yer verin. Allah da sizə geniş yer verər. ‘Qalxın!’ deyildiyi zaman dərhal qalxın! Allah sizdən amənu olanların və elm verilmiş olanların dərəcələrini yüksəldər. Allah etdiklərinizdən xəbərdardır.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Onda ki, sizə dedilər:
«Məclisdə yer açın!» - siz onlara yer verin ki, Allah sizə geniş
yer versin. Onda ki, deyirlər: «Qalxın!» - onda qalxın. Allah
sizlərdən o kəsi ki, inanırlar və o kəsləri ki, onlara elm verilib,
ucaldır müxtəlif dərəcələrlə. Allah nə ilə ki, əməldəsiniz,
Xəbirdir!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, sizə: «Məclislərdə yer verin!» deyildiyi zaman yer verin ki, Allah da sizə (yer, ruzi, qəlb və Behiştdə) vüsət versin. «(Yer vermək və fəzilət əhlini irəli çəkmək üçün) qalxın!» – deyildiyi zaman qalxın ki, Allah da sizdən iman gətirənlərin və elm verilmiş kəslərin (dünyada və axirətdə) dərəcələrini yüksəltsin. Allah etdiklərinizdən xəbərdardır.
Kövsər Tağıyev:
Ey iman edənlər! Sizə: “Məclislərdə yer açın”, – deyildiyi zaman yer açın ki, Allah da sizə genişlik versin. Sizə: “Qalxın”, – deyildiyi zaman da qalxın ki, Allah sizdən inananların və elm verilənlərin dərəcələrini yüksəltsin. Allah etdiklərinizdən haqqı ilə xəbərdardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər, əgər sizə: “Məclislərdə (başqalarına) yer verin!" - deyilərsə, yer verin ki, Allah da sizə (cənnətdə) yer versin. Əgər sizə: “Qalxın!“ - deyilərsə, siz də qalxın ki, Allah sizlərdən iman gətirənləri və bilgi verilənləri müxtəlif dərəcələrə qaldırsın. Axı Allah nə etdiklərinizdən xəbərdardır!
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Sizə: "Məclislərdə yer verin/başqalarına da iştirak hüququ verin" deyildikdə, dərhal yer açın ki, Allah da [sizə] yer açsın/sizə genişlik versin. Və sizə: "Özünüzü olduğunuzdan daha böyük göstərin" deyildikdə də özünüzü olduğunuzdan daha böyük göstərin.[#397] Beləliklə, Allah sizdən iman gətirənləri və elm verilmiş kimsələri dərəcə-dərəcə ucaltsın. Və Allah əməllərinizdən yaxşıca xəbərdardır.