Əlixan Musayev:
Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər
Bünyadov-Məmmədəliyev:
Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir).
Elmir Quliyev
:
Аллах защитит их от зла того дня и одарит их процветанием и радостью.
Ələddin Sultanov:
Buna görə də Allah onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir.
Kerbelayi Malik ağa:
Halbuki Allah onları məhz belə bir günün şərindən qorudu. Onların üzlərinə gözəllik və sevinc bəxş etdi.
Ələsgər Musayev:
Allah o
günün şərindən onları qoruyar.Onlara xoşluq və ürək şadlığı
bağışlar.
A.Mehdiyev və D.Cəfərli:
Allah onları o günün şərindən saxladı və onları şadlıq və sevinclə üzləşdirəcəkdir.
Kövsər Tağıyev:
Allah da onları o günün dəhşətindən qoruyar və üzlərinə bir aydınlıq və içlərinə bir sevinc verər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah onları o günün şərindən qoruyar və onları gözəllik və sevincə qovuşdurar.
Sabirə Dünyamalıyeva:
Allah da buna görə onları o günün şərindən qoruyar;