Əlixan Musayev:
O zaman (Allah) Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin.
Bünyadov-Məmmədəliyev:
O vaxt (Bədr vuruşunda) Öz tərəfindən (köməyindən) arxayınlıq əlaməti olaraq, Allah sizi xəfif bir uyğuya daldırmış, sizi (çirkdən-pasdan) təmizləmək (və ya dəstəmaz almaq), Şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi (qələbəyə inamla) doldurmaq və (quma batmasın deyə) ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırmışdı.
Elmir Quliyev
:
Вот Он наслал на вас дремоту, чтобы вы почувствовали себя в безопасности, и ниспослал вам с неба воду, чтобы очистить вас ею и удалить c вас скверну дьявола, чтобы сделать ваши сердца стойкими и утвердить этим ваши стопы.
Ələddin Sultanov:
O zaman Allah Öz dərgahından arxayınlıq olsun deyə sizi mürgülətmişdi. O sizi təmizləmək, şeytanın vəsvəsəsini sizdən uzaqlaşdırmaq, qəlbinizi bir-birinə bağlamaq və (müharibədə) ayaqlarınızı möhkəmləndirmək üçün göydən üstünüzə yağış yağdırırdı. (Bədr döyüşündə Qüreyş ordusu Müsəlmanlardan əvvəl gəlib Bədrdəki su quyularının ətrafında yerləşmişdi. Buna görə də Allah-Təalanın yağış yağdırması ilə həm müsəlmanların qəlblərindəki vəsvəsələr getdi, həm də əhvali-ruhiyyələri yüksəldi.)
Kerbelayi Malik ağa:
Onun (Allahu Təalanın) tərəfindən əmin olmağınız üçün sizi bir mürgüləmə halı bürüyürdü. Sizin onunla təmizlənməyiniz və şeytanın murdarlığını (vəsvəsəsini) sizdən qaldırmaq və qəlblərinizi möhkəmləndirmək və onunla qədəmlərinizi sabitləşdirmək üçün səmadan su endirirdi.
Ələsgər Musayev:
Onda O sizi yuxu ilə bürüdü Onun tərəfindən təhlükəsizlik nişanəsi kimi və nazil etdi üzərinizə səmadan su, onunla sizi pak etsin və şeytan murdarlığını sizdən yox etsin və ona görə ki, qəlblərinizi bərkitsin və onunla qədəmlərinizi sabit etsin.
A.Mehdiyev və D.Cəfərli:
O zaman (Allah) Onun tərəfindən xatircəmlik olsun deyə, sizi mürgü ilə bürüdü və sizi paklaşdırması, Şeytanın murdarlığını (Şeytanın vəsvəsəsini və ya cənabətliliyi) sizdən təmizləməsi, qəlblərinizi möhkəmləndirməsi və qədəmlərinizi sabitləşdirməsi üçün göydən sizə su endirirdi.
Kövsər Tağıyev:
(Xatırlayın ki, Allah) öz tərəfindən bir əminlik olaraq sizi yüngül bir yuxuya daldırır, sizi təmizləmək, sizdən şeytanın vəsvəsəsini uzaqlaşdırmaq, qəlblərinizi möhkəmləndirmək və sizi sabitqədəm etmək üçün üstünüzə göydən yağmur yağdırırdı.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Öz tərəfindən xatircəm olasınız deyə, sizi mürgüyə bürüyürdü, göydən üzərinizə su endirirdi ki, sizi bununla pak etsin, üstünüzdən şeytanın bədnam fikirlərini aparsın, ürəklərinizi möhkəmləndirsin və bununla sizi sabitqədəm etsin.
Sabirə Dünyamalıyeva:
O vaxt Rəbbiniz, yenə Öz tərəfindən bir xatircəmlik olaraq bir yuxuya daldırırdı. Sizi təmizləmək, pis niyyətli adamın murdarlığını/zərərini sizdən çıxarmaq, ürəyinizə qüvvət vermək və ayaqlarınızı sabitleştirmek; qədəmlərinizi möhkəmləndirmək üçün göydən üstünüzə bir su endirirdi.