Hud Surəsi 110. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz Musaya Kitab verdik, lakin onun barəsində ixtilaf düşdü. Əgər Rəbbin tərəfindən əzəldən bir Söz olma­­saydı, aralarında dərhal hökm verilərdi. Həqiqətən, onlar (Quranın) barəsində şübhə doğuran şəkk içindədirlər.
Bünyadov-Məmmədəliyev:
Biz Musaya kitab (Tövrat) verdik onun (Quranın) barəsində ixtilaf düşdü (yəhudilərin bəzisi isə inanmadı). Əgər Rəbbindən öncə bir söz (ilahi hökm, təqdir) olmasaydı (cəza qiyamətə saxlanılmasaydı), şübhəsiz ki, (hələ dünyada ikən) işləri bitmişdi. (Ya Rəsulum!) Həqiqətən, onlar (yəhudilər ya Məkkə müşrikləri) onun (Quranın) barəsində şəkk-şübhədədirlər!
Elmir Quliyev :
Мы даровали Мусе (Моисею) Писание, но по его поводу возникли разногласия. И если бы не было прежде Слова от твоего Господа, то спор их был бы решен. Воистину, они испытывают смутные сомнения относительно него (Корана).
Ələddin Sultanov:
Həqiqətən, Biz Musaya Kitabı (Tövratı) verdik, ancaq onun barəsində ixtilaf baş verdi. Əgər daha əvvəl Rəbbindən (əzabın təxirə salınmasına dair) bir söz olmasaydı, mütləq aralarında hökm verilərdi. Həqiqətən, onlar Quran barəsində şəkk-şübhə içindədirlər.
Kerbelayi Malik ağa:
And olsun Musaya (ə.s) kitab verdik. Onun haqqında ixtilafa (anlaşılmazlığa) düşdülər. Rəbbindən bir söz keçməmiş olsaydı, onların aralarında mütləq hökm verilmiş olardı. Şübhəsiz ki, onlar mütləq Ondan (Qurandan) şübhəli bir tərəddüd içindədirlər.
Ələsgər Musayev:
Əlbəttə, Musaya kitabı əta etdik onda ixtilaf etdilər. Əgər Rəbbinin əvvəlcədən kəlməsi olmasaydı, onların arasında həll olunardı. Həqiqətən, onlar bunda həmişə şəkk şübhədədirlər.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Biz Musaya (səmavi) kitab verdik. Beləliklə onun barəsində (ümməti tərəfindən onun qəbul olunmasında, ümmətinin alimləri tərəfindən isə onun məzmununda) ziddiyyət yarandı. Əgər sənin Rəbbinin (azğınlara dəlil-sübutu tamamlamaq üçün müəyyənləşdirilmiş vaxta qədər möhlət verilməsi barəsindəki əzəldən) keçmiş hökmü olmasaydı onların arasında mütləq hökm olunardı (və işləri bitərdi). Həqiqətən onlar (səninlə müasir olan yəhudilər) bunun (Qur’anın) barəsində tərəddüd doğuran qaranlıq gətirən şəkk-şübhə içərisindədirlər.
Kövsər Tağıyev:
And olsun, biz Musaya Kitabı (Tövratı) vermişdik, onun barəsində ixtilaf edilmişdi. Əgər daha əvvəl Rəbbinin bir sözü olmasaydı, əlbəttə, aralarında hökm verilərdi. Onlar da (müşriklər də) o Qur`an haqqında dərin bir şübhə içindədirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Musaya Kitab bəxş etdik, lakin onun barəsində fikir ayrılığı oldu. Əgər əvvəlcədən sənin Rəbbindən bir kəlam olmasaydı, onlar bunun barəsində şəkk-şübhə içərisində ikən, artıq işləri bitmiş olardı.
Sabirə Dünyamalıyeva:
şübhəsiz, hamısı o kəslərdir ki, onların etdiklərinin əvəzini Rəbbin onlara tam ödəyəcək. Şübhəsiz ki, O, onların etdikləri şeylər barəsində layiqincə məlumat sahibidir.