İsra Surəsi 110. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “İstər Allah deyib çağırın, istərsə ər-Rəhman deyin. Necə çağırsanız da, hər halda ən gözəl adlar Ona məxsusdur”. Namazını uca səslə, pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “İstər Allah, istərsə Rəhman deyib çağırın (dua edin). Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur. (Ya Peyğəmbərim!) Namaz qılarkən səsini çox qaldır, çox alçalt. Bunun (bu ikisinin) arasında orta bir yol tut!
Elmir Quliyev :
Скажи: "Призывайте Аллаха или призывайте Милостивого! Как бы вы ни призывали Его, у Него самые прекрасные имена". Не совершай свой намаз громко и не совершай его шепотом , а выбери среднее между этим.
Ələddin Sultanov:
De: “İstər Allaha, istərsə Rəhmana dua edin; hansını deyib dua etsəniz olar. Çünki ən gözəl isimlər Ona məxsusdur”. Namaz qılarkən ucadan, ürəyində oxu! O ikisinin arasında bir yol tut!
Kerbelayi Malik ağa:
De ki: ‘Allah deyə çağırın ya Rəhman deyə çağırın. Necə çağırsanız hamısı Onun Əsmaül Hüsnasıdır (Allahın ən gözəl adlarıdır).’ Namazında səsini yüksəltmə səsini alçaltma. Bu ikisi arasında bir yol tut.
Ələsgər Musayev:
De: «Allah çağırın, ya Rəhman çağırın - hər hansını çağırasınız, Onun üçündür yaxşı adlar». Islahatınla səsini uca etmə məxfi etmə bu arada yol axtarıb get.
A.Mehdiyev və D.Cəfərli:
De: «(İstəyirsiniz bütün kamilliklərə malik, vücudu vacib olan tək varlıq üçün qoyulmuş) Allah (adın)ı çağırın, ya (Ona sifətləri baxımından qoyulmuş) Rəhman (adın)ı çağırın. Hansı birini çağırsanız (bir pak zata işarədir), çünki Onun çox gözəl adları vardır (ki, bəzisi Onun zatına, bəzisi zatının sifətlərinə bəzisi işlərinin sifətlərinə dəlalət edir). namazlarını (qışqırma həddində olan) çox uca səslə qılma çox yavaş da qılma (ki, heç özün eşitməyəsən). bu ikisinin arasında (orta) bir yol tut (ucadan qılınan namazlarla yavaş qılınan namazların hər biri səsin əslinin aşkarcasına bilinməsi bilinməməsi ilə bir-birlərindən fərqlənsin. Yaxud, namazların hamısını ucadan ya yavaş qılma, bunların ikisinin arasında bir yol tut, bəzisini ucadan, bəzisini yavaş qıl).»
Kövsər Tağıyev:
De ki: “(Rəbbinizi) istər Allah deyə çağırın, istərsə Rəhman deyə. Hansı ilə çağırırsınız çağırın, nəticədə ən gözəl isimlər Onundur”. Namazında səsini çox yüksəltmə, çox da alçaltma. İkisi arasında bir yol tut.
M.Qənioğlu və T.Bilaloğlu:
De: “(Onu) istər Allah, istərsə Rəhman [Mərhəmətli] deyə çağırın. Necə çağırsanızsa, çağırın. Ən gözəl adlar Ona aiddir.” Namazını qılarkən çox bərkdən, çox alçaq səslə qıl. Bunların arasında bir yolla get,
Sabirə Dünyamalıyeva:
De ki: "Allah deyə səsləyin yaxud Rəhman deyə səsləyin. Necə səsləyirsiniz səsləyin, ən gözəl adlar yalnız Ona məxsusdur. Səlatı [maddi zehni baxımdan dəstək olmaq; cəmiyyəti maarifləndirmək işini] aşkar etmə, gizli etmə. bu ikisinin arasında bir yol tap."