Ənbiya Surəsi 110. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Söz yoxdur ki, Allah açıq deyilən sözü də, sizin gizlədib saxladıqlarınızı da bilir.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, (Allah) aşkar (ucadan) deyilən sözü də, sizin gizlətdiklərinizi bilir!
Elmir Quliyev :
Воистину, Он ведает о словах, которые произносят вслух, и ведает о том, что вы утаиваете.
Ələddin Sultanov:
Şübhəsiz ki, Allah açıq-aşkar deyilənləri də, gizlətdiklərinizi bilir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, O, sözün cəhri (açıqca, ucadan) olanını gizlətdiklərinizi bilir.
Ələsgər Musayev:
Həqiqətən, O bilir aydın danışığı sözlərdən bilir ki, gizlədirsiniz.
A.Mehdiyev və D.Cəfərli:
O, aşkar sözü (sizin İslamdan eyb axtarmağınızı, ona tənə vurmağınızı istehza etməyinizi) bilir, sizin gizlətdiklərinizi (İslamla düşmənçilik etməyinizi, onu məhv etmək üçün plan hazırlayıb hiylələr qurmağınızı da).
Kövsər Tağıyev:
“Şübhəsiz, Allah aşkara deyilən sözü bilir, sizin gizlədiklərinizi də”.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən O, açıq deyilən sözü də, sizin gizlətdiklərinizi bilir.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, Allah, aşkar sözləri bilir, gizlədiyiniz şeyləri bilir.