Möminun Surəsi 110. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Siz isə onları məsxərəyə qoyurdunuz. Sonda bu (məsxərə) Məni yada salmağı belə sizə unutdurdu. Siz onlara gülürdünüz.
Bünyadov-Məmmədəliyev:
Siz isə onları məsxərəyə qoyurdunuz. (Bu məsxərə, lağlağı başınızı o qədər qatmışdı ki) Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz (istehza ilə) onlara gülürdünüz.
Elmir Quliyev :
Вы же насмехались над ними, пока не забыли Мое Напоминание. И вы смеялись над ними.
Ələddin Sultanov:
Ancaq siz onları məsxərəyə qoyurdunuz. Nəhayət, (bu hərəkətləriniz) Məni anmağı sizə unutdurdu. Siz onlara gülürdünüz.
Kerbelayi Malik ağa:
Beləcə onları ələ salırdınız. Belə ki, (bu) sizə Mənim zikrimi unutdurdu siz onlara gülürdünüz.
Ələsgər Musayev:
siz onları məsxərəyə tutdunuz, ta unutdurdu sizə Məni yad etməyi oldunuz onlara istehza edənlər.
A.Mehdiyev və D.Cəfərli:
Lakin siz onları ələ saldınız nəhayət (bu halınız) sizə Məni yad etməyi unutdurdu siz həmişə onlara (möminlərə) gülürdünüz.
Kövsər Tağıyev:
Siz isə onları məsxərəyə qoyurdunuz. Onlar (ilə məşğul olmaq) sizə məni zikr etməyi unutdurdu. Onlara hey gülürdünüz.
M.Qənioğlu və T.Bilaloğlu:
Siz isə onları məsxərəyə qoyurdunuz. Bu da Məni zikr [yad] etməyi sizə unutdurdu. Siz onlara gülürdünüz.
Sabirə Dünyamalıyeva:
Siz isə onları məsxərəyə qoyurdunuz; nəhayət onlar, sizə Məni yad etməyi, Mənim nəsihətimi unutdurdu/tərk etdirdi. siz onlara gülürdünüz.