Əlixan Musayev:
Bir zaman Mən həvarilərə: “Mənə və elçimə iman gətirin!”(– deyə) təlqin etmişdim. Onlar da: “İman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!”– demişdilər.
Bünyadov-Məmmədəliyev:
Xatırla ki, o zaman həvarilərə (İsanın on iki əshabəsinə): “Mənə və peyğəmbərimə iman gətirin!” – deyə əmr etmişdim. Onlar isə: “Bizim (Sənə və peyğəmbərinə) itaətkar kəslər olmağımıza şahid ol!” – deyə cavab vermişdilər.
Elmir Quliyev
:
Я внушил апостолам: "Уверуйте в Меня и Моего посланника". Они сказали: "Мы уверовали! Засвидетельствуй же, что мы стали мусульманами".
Ələddin Sultanov:
Vaxtilə həvarilərə belə ilham etmişdim: “Mənə və elçimə iman gətirin!” Onlar da: “İman gətirdik. Şahid ol ki, biz (Allaha) təslim olmuşuq!” - demişdilər. (Həvarilər Həzrət İsa həyatda ikən ona iman edib sədaqət göstərmiş möminlərdir.)
Kerbelayi Malik ağa:
Həvarilərə: ‘Mənə və Rəsuluma iman edin.’ deyə vəhy etdiyim zaman onlar da ‘İman etdik və bizim (Haqqa) təslim olduğumuza şahid ol.’ demişdilər.
Ələsgər Musayev:
Onda həvarinə vəhy etdim ki: «Inanın Mənimlə
və rəsulumla Mənim!». Dedilər: «Biz iman gətirdik! Şahid ol
ki, biz təslim olanlarıq!»
A.Mehdiyev və D.Cəfərli:
Həvarilərə (İsanın vəzirlərinə və xas səhabələrinə) «Mənə və Mənim peyğəmbərimə iman gətirin» deyə vəhy göndərən zaman onlar «iman gətirdik, şahid ol ki, biz Sənin əmrinə təslim olanlarıq» dedilər.
Kövsər Tağıyev:
Bir də xatırla ki, havarilərə: “Mənə və Peyğəmbərimə iman edin”, – deyə ilham etmişdim. Onlar da: “İman etdik. Bizim müsəlman olduğumuza sən də şahid ol”, – demişdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Mən həvarilərə [apostollara] təlqin etdim: "Mənə və peyğəmbərimə iman gətirin!" Onlar: "Biz iman gətirdik və şahid ol ki, biz təslim olanlardanıq." - dedilər.
Sabirə Dünyamalıyeva:
Və o vaxt həvarilərə: "Mənə və Elçimə inanın" deyə vəhy etmişdim. Onlar: "İnandıq!" Və "Bizim həqiqətən müsəlmanlar olduğumuza şahid ol!" demişdilər.