Nəhl Surəsi 112. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah təhlükəsizlik əmin-amanlıq içində olan bir diyarı (Mək­­kəni) misal çəkir. Ona öz ruzisi hər yerdən bol-bol gəlirdi. Lakin o (diyarın əhalisi) Allahın nemətlərinə nankorluq etdi, Allah da onları etdikləri əməllərə görə aclıq qorxu libasına bürüdü.
Bünyadov-Məmmədəliyev:
Allah bir şəhəri (Məkkəni) misal gətirir. O şəhər əmin-amanlıq arxayınlıq içində idi. Lakin (əhalisi) Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə (yeddi il) aclıq qorxu bəlası daddırdı.
Elmir Quliyev :
Аллах привел в качестве притчи селение, которое пребывало в безопасности и покое (Мекку). Они обретали свой удел в изобилии отовсюду, но не благодарили Аллаха за эти блага, и тогда Аллах облачил их в одеяние голода и страха за то, что они творили.
Ələddin Sultanov:
Allah (əhalisi) əmin-amanlıq içində olan ruzisi hər yerdən bol-bol gələn bir şəhəri (Məkkəni) misal çəkir. Ancaq (oranın əhalisi) Allahın nemətlərini inkar etdi. Allah da onlara, etdikləri əməllərə görə aclıq qorxu sıxıntısını daddırdı. (Yuxarıdakı ayədə sözü gedən şəhər Məkkə şəhəridir. Çünki məkkəlilər Allahın Peyğəmbərini yalanlayaraq sahib olduqları rifaha nankorluq etdilər. Buna görə yeddi il boyunca şiddətli bir qıtlıqla üzləşdilər.)
Kerbelayi Malik ağa:
Allah (qorxudan) əmin mütməin (hüzurlu, rahat) olan bir şəhərin xalqını misal verdi. Onun ruzisi hər yerdən bol-bol gəlirdi. Lakin o (şəhər xalqı), Allahın nemətlərinə nankorluq etdi. Bundan sonra Allah onlara etmiş olduqlarına görə aclıq qorxu libasını daddırdı.
Ələsgər Musayev:
Allah məsəl vurur bir kəndi ki, onda əminamanlıq sülh vardı. Külli məkandan ona bol ruzilər gəlirdi onlar Allahın nemətlərinə kafir oldular. Daddırdı Allah ona etdikləri əməllərin müqabilində aclıq qorxu libası.
A.Mehdiyev və D.Cəfərli:
Allah (itaətsizlik nemətə nankorluğun aqibəti barəsində düşməndən pis hadisələrdən) amanda xatircəm olan, ruziləri hər tərəfdən bol-bol gələn cəmiyyəti məsəl çəkib. Belə olan halda onlar Allahın nemətlərinə nankorluq etdilər, Allah da etdiklərinin cəzası olaraq onlara aclıq qorxu libası geyindirdi onlara onun tamını dadızdırdı.
Kövsər Tağıyev:
Allah belə bir məmləkəti misal çəkdi: Ora əmin-amanlıq hüzur içində idi. Oraya hər tərəfdən bol-bol ruzi gəlirdi. Lakin Allahın nemətlərinə nankorluq etdilər. Buna görə etdiklərinin əvəzi olaraq Allah onlara şiddətli aclıq qorxu iztirabını daddırdı.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah əmin-amanlıq sakitlik içində olan, hər yerdən ruzisi bol-bol gələn, lakin Allahın bu nemətlərini inkar edən, ona görə Allahın ona, törətdiyi əməllərə görə aclıq qorxu acısını daddırdığı bir diyar (xalqını) misal çəkdi.
Sabirə Dünyamalıyeva:
Allah bir şəhəri misal çəkdi: Bu şəhər, təhlükəsiz, dinc idi oraya hər yerdən bol-bol ruzi gəlirdi. Lakin onlar Allahın nemətlərinə qarşı nankorluq etdilər. Allah da onlara etdikləri şeylər üzündən aclıq qorxu libası geydirdi/aclıq qorxu fəlakətini daddırdı.