Əlixan Musayev:
Zalımlara meyl etməyin, yoxsa sizə od toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur. Sonra sizə kömək də olunmaz.
Bünyadov-Məmmədəliyev:
Zülm edənlərə (rəğbət bəsləməklə, kömək göstərməklə) meyl etməyin, yoxsa sizə atəş toxunar (cəhənnəmlik olarsınız). Sizin Allahdan başqa dostunuz (himayədarınız) yoxdur. Sonra sizə (dünyada da, axirətdə də Onun əzabından heç bir) kömək olunmaz!
Elmir Quliyev
:
Не склоняйтесь на сторону беззаконников, дабы вас не коснулся Огонь. Нет у вас покровителей и помощников, кроме Аллаха, и тогда никто вам не окажет поддержки.
Ələddin Sultanov:
Zalımlara meyil etməyin, yoxsa sizə də od toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur. Əks təqdirdə, (əzabdan xilas olmağınız üçün) sizə yardım edilməz.
Kerbelayi Malik ağa:
Zalım olan kəslərə meyl etməyin. O təqdirdə sizə atəş toxunar. Sizin Allahdan başqa dostunuz yoxdur. Sonra yardım olunmazsınız.
Ələsgər Musayev:
Dost olmayın o kəslərlə ki, zalimdirlər, sizə od
toxunmasın. Allahdan başqa sizin üçün dost yoxdur. Sonra
sizə yardım olunmaz.
A.Mehdiyev və D.Cəfərli:
Və zülm edən kəslərə ürək bağlamayın, meyl etməyin və arxalanmayın ki, sizin Allahdan başqa heç bir yardımçı və başçınız olmadığı halda od (Allahın qəzəbi) sizə yetişər və Allah tərəfindən sizə kömək də olunmaz.
Kövsər Tağıyev:
Zülm edənlərə meyl etməyin. Yoxsa sizə də atəş toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur. Sonra sizə yardım da edilməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Zalımlara meyl etməyin, yoxsa sizə cəhənnəm odu toxunar. Allahdan başqa sizin himayəçiniz yoxdur. Sonra sizə kömək olunmaz!
Sabirə Dünyamalıyeva:
Və Allahın ortağı olduğunu qəbul edərək səhv, öz zərərlərinə olan əməli işləyən kəslərə meyl etməyin, yoxsa sizə atəş toxunar. Və sizin üçün Allahın altındakılardan kömək edən, yol göstərən, qoruyan yaxınlar yoxdur. Sonra kömək görə bilməzsiniz.