Nəhl Surəsi 113. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlara özlərindən bir elçi gəldi. Onlar isə onu yalançı saydılar. (Buna görə də) zülm etdikləri zaman əzab onları yaxaladı.
Bünyadov-Məmmədəliyev:
Onlara özlərindən bir peyğəmbər gəlmişdi. Onlar onu yalançı saydılar, buna görə əzab (Bədr müharibəsi) onları zülm edərkən (zülm etdikləri zaman) yaxaladı.
Elmir Quliyev :
К ним явился посланник из их среды, но они не признали его, и мучения постигли их, пока они поступали несправедливо.
Ələddin Sultanov:
Şübhəsiz ki, onlara özlərindən bir peyğəmbər gəldi, ancaq onlar onu yalanladılar. Buna görə zülm edərkən əzab onları yaxaladı.
Kerbelayi Malik ağa:
And olsun ki, onlara özlərindən (öz içlərindən) bir rəsul gəldi. Lakin onu yalanladılar. Beləcə əzab onları yaxaladı. Onlar zalımlardır.
Ələsgər Musayev:
Onlara özlərindən rəsul gəldi onu yalançı saydılar. Yaxaladı onları əzab onlar zalim idilər.
A.Mehdiyev və D.Cəfərli:
həqiqətən onlara (Məkkə əhlinə) özlərindən (öz şəhər, mühit qəbilələrindən) bir peyğəmbər gəldi, amma onu təkzib etdilər. Beləliklə (Allahın) əzab(ı) onları zalım olduqları halda yaxaladı.
Kövsər Tağıyev:
And olsun, onlara aralarından bir peyğəmbər gəldi, onu yalançı saydılar. Beləliklə, əzab onları zülm edərkən yaxaladı.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara özlərindən bir peyğəmbər gəldi. Onlar isə onu yalançı hesab etdilər, buna görə haqsızlıq edərkən onları əzab yaxaladı.
Sabirə Dünyamalıyeva:
and olsun ki, onlara öz içlərindən bir elçi gəlmişdi, ancaq onu yalan saymışdılar. Belə olduqda, onlar şirk qoşaraq səhv, öz zərərlərinə olan əməli işlərkən, əzab onları yaxaladı.