Əlixan Musayev:
Beləliklə, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri dönə-dönə açıqladıq ki, bəlkə, onlar (pis əməllərindən) çəkinsinlər və ya ibrət alsınlar.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Biz onu (sənə göndərilən ilahi Kitabı) ərəbcə Quran olaraq nazil etdik. Biz orada (kafirlərə əzab veriləcəyinə dair) təhdidləri (cürbəcür misallarla) təkrar-təkrar izah etdik ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər, yaxud (onu öyüd-nəsihətlərindən) ibrət alsınlar! (Quran onlara öyüd-nəsihət versin!)
Elmir Quliyev
:
Таким образом Мы ниспослали его в виде Корана на арабском языке и подробно разъяснили в нем Свои угрозы, чтобы они устрашились или чтобы это стало для них назиданием.
Ələddin Sultanov:
Beləcə, onu ərəbcə Quran olaraq nazil etdik və onda təhdidləri dəfələrlə izah etdik. Ola bilsin ki, onlar (günahlardan) çəkinələr, yaxud (Quran) onlar üçün bir ibrət olar!
Kerbelayi Malik ağa:
Beləcə Quranı ərəbcə nazil etdik və Onda vəd edilənləri açıqladıq. Beləliklə təqva sahibi olarlar və ya onlar üçün bir zikr (ibrət) olar.
Ələsgər Musayev:
Beləliklə nazil etdik onu Qur’an – ərəbi olan və sərf
etdik onda təhdidləri, ola ki, müttəqi olalar, ya hədis edər onlar
üçün yad etmə!
A.Mehdiyev və D.Cəfərli:
Beləcə (gördüyün kimi) Biz bunu (bu kitabı) ərəbcə bir Qur’an olaraq nazil etdik və onda hər cür xəbərdarlıq və təhdid gətirdik ki, bəlkə (düşmənçilik və inadkarlıqdan) çəkinsinlər, yaxud (bu Qur’an) onlar üçün yeni bir ibrət gətirsin.
Kövsər Tağıyev:
Beləliklə, biz onu ərəbcə bir Qur`an olaraq endirdik və onda təhdidləri bir-bir açıqladıq ki, Allaha qarşı gəlməkdən çəkinsinlər, yaxud (o Qur`an) onlara bir öyüd-nəsihət versin.
M.Qənioğlu və T.Bilaloğlu:
Beləliklə Biz onu ərəbcə bir Quran olaraq nazil etdik və onun içərisində dönə-dönə hədə-qorxular verdik ki, bəlkə bəd əməllərdən çəkinələr və ya bu, onlarda bir yaddaş [ibrətalma] yarada
Sabirə Dünyamalıyeva:
Və bax beləcə, Biz, Allahın mühafizəsi altına daxil olsunlar, yaxud onlara yeni bir öyüd olsun deyə deyə onu ərəbcə bir Quran olaraq nazil etdik. Onda təhdidləri təkrar-təkrar şərh etdik.