Əlixan Musayev:
Onlar demişdilər: “Biz istəyirik ki, ondan yeyək, qəlblərimiz rahat olsun, bizə doğru söylədiyini bilək və o (möcüzəyə) şahidlik edənlərdən olaq”.
Bünyadov-Məmmədəliyev:
(Həvarilər) demişdilər: “Biz istəyirik ki, ondan yeyək, ürəklərimiz sakit olsun, sənin bizə doğru dediyini bilək və ona (süfrənin göydən enməsi möcüzəsini görməklə sənin peyğəmbərliyinin həqiqiliyinə) şahidlik edənlərdən olaq”.
Elmir Quliyev
:
Они сказали: "Мы хотим отведать ее, чтобы наши сердца успокоились, чтобы мы узнали, что ты сказал нам правду, и чтобы мы были свидетелями о ней".
Ələddin Sultanov:
(Həvarilər) demişdilər: “İstəyirik ki, ondan yeyək, qəlblərimiz aram tapsın, bizə doğru dediyini bilək və ona (o möcüzəyə) şahidlik edənlərdən olaq”.
Kerbelayi Malik ağa:
(Onlar): ‘Ondan yemək istəyirik və qəlblərimizin rahat olmasını istəyirik və sənin həqiqətən bizə doğru söyləmiş olduğunu bilək və onun üzərinə şahidlərdən olaq’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «İstəyirik ki, ondan yeyək və qəlblərimiz əmin
olsun və bilək ki, sən bizə doğru demisən və ona şahid olaq».
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «İstəyirik ki, ondan yeyək və qəlblərimiz rahatlıq və sakitlik tapsın və (gözlə görüb yəqinlik əldə edərək) bilək ki, sən bizə doğru demisən və biz də buna şahidlərdən olaq».
Kövsər Tağıyev:
Onlar: “İstəyirik ki, ondan yeyək, qəlblərimiz sakitlik tapsın. Sənin bizə doğru söylədiyini bilək və ona (gözü ilə) şahidlik edənlərdən olaq”, – demişdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Biz istəyirik ki, ondan [süfrədən] bir şey yeyək, ürəklərimiz sakit olsun, bilək ki, sən bizə düzünü demisən və biz də buna şahid olaq."
Sabirə Dünyamalıyeva:
Həvarilər: "Biz istəyirik ki, ondan yeyək, ürəyimiz əməlli-başlı sakit olsun, sənin bizə doğru dediyini bilək və biz də buna şahid olaq" dedilər.