Əlixan Musayev:
(Bu ona görədir) ki, axirətə inanmayanların ürəkləri (təmtəraqlı sözlərə) meyl etsin, bundan razı qalsınlar və gördükləri (pis )işləri bir daha görsünlər.
Bünyadov-Məmmədəliyev:
(İnsanlardan və cinlərdən olan şeytanlar bu təmtəraqlı sözləri) axirətə inanmayanların ürəkləri onlara meyl etsin, onlar ondan (həmin sözlərdən) xoşlansınlar və gördükləri çirkin işləri bir daha görsünlər (deyə, təlqin edərlər).
Elmir Quliyev
:
Мы сделали так, чтобы к этим словам склонялись сердца тех, которые не верят в Последнюю жизнь, и чтобы они довольствовались ими и совершали то, что они совершают.
Ələddin Sultanov:
Axirətə inanmayanların ürəkləri onlara (təmtəraqlı sözlərə) meyil etsin, onlardan xoşlansın və gördükləri pis işlərə davam etsinlər deyə (bu sözləri təlqin edərlər).
Kerbelayi Malik ağa:
Axirətə inanmayanların könülləri ona (onlara; insan və cin şeytanlara) meyl etsin və ondan razı olsunlar. Onlar qazandıqları şeyləri qazanmağa davam etsinlər.
Ələsgər Musayev:
Əlbəttə, gəldi sizə Rəbbinizdən bəsirət. Kim bəsirətlidir, öz nəfsi üçündür və kim kordur, öz əleyhinədir və mən üzərinizdə mühafiz deyiləm!
A.Mehdiyev və D.Cəfərli:
(İns və cin şeytanlarının arasındakı söz mübadiləsini imtahan üçün azad qoyduq) ki, axirət gününə inanmayanların ürəkləri ona meyl etsin, onlar onu bəyənsinlər və (həm də) ona görə ki, mürtəkib olmaq istədəkləri hər bir günaha mürtəkib olsunlar.
Kövsər Tağıyev:
Bir də (şeytanlar) axirətə inanmayanların könülləri bu təmtəraqlı sözlərə meyl etsin, onlardan xoşlansınlar və edəcəkləri günahları etsinlər deyə (bu təlqinləri edərlər).
M.Qənioğlu və T.Bilaloğlu:
ki, axirətə inanmayanların ürəkləri ona [qürrələnməyə] meyl etsin, bundan xoşhal olsunlar və qazanacaqları (günahları) qazansınlar.
Sabirə Dünyamalıyeva:
[Belə etdik] Ki dünya malına aldandıqları üçün axirətə inanmayan kəslərin qəlbləri ona aldansın, ondan razı olsun və etməkdə olduqlarını etsinlər deyə bunlardan bəziləri digərlərinə gözəl sözlərlə gizlicə təlqin edirlər/pıçıldayırlar. -Və əgər Rəbbin istəsəydi, bunu etməzdilər. Elə isə onları və uydurduqları şeyləri boşla getsin!-