Bəqərə Surəsi 114. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.
Bünyadov-Məmmədəliyev:
Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!
Elmir Quliyev :
Кто может быть несправедливее того, кто запрещает в мечетях Аллаха поминать имя Его и стремится разрушить их? Им следовало бы входить туда только с чувством страха. Позор им в мирской жизни и великие мучения в Последней жизни.
Ələddin Sultanov:
Allahın məscidlərində Onun adının çəkilməsinə mane olan onların xarabalığa dönməsinə cəhd edəndən daha zalım kim ola bilər?! Halbuki onlar ora (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır!
Kerbelayi Malik ağa:
Məscidlərində Onun adının zikr edilməsinə mane olan (qadağan edən) onların (məscidlərin) xarab olmasına çalışan kimsədən daha zalım kim vardır? Onlar qorxmadan oraya (məscidlərə) girə bilməz (ancaq qorxa-qorxa girərlər). Onlar üçün dünyada rəzillik, axirətdə ‘əzim əzab’ (ən böyük əzab) vardır.
Ələsgər Musayev:
Kim zalimdir o kəsdən ki, maneədir səcdə yerlərinə Allahın kizikr edilir orada ismi Onun səy edir xarablığına oranınHəmin onlardır ki, olmadı onlar üçün kidaxil olsunlar oraancaq xoflanaraqOnlar üçün dünyada rüsvayçılıq onlar üçün axirətdə əzab var əzəmətli!
A.Mehdiyev və D.Cəfərli:
Allah məscidlərində Onun adının çəkilməsinə mane olan onların viran edilməsi (istiqaməti)ndə çalışandan daha zalım kim ola bilər? Onlar ora ancaq (insanların ya Allahın) qorxu(su) ilə daxil olmalıdırlar buna layiqdirlər. Onlar üçün (bu) dünyada xarlıq, axirətdə isə böyük bir əzab vardır.
Kövsər Tağıyev:
Allahın məscidlərində Onun adının zikr edilməsinə qadağa qoyan onların viran qalması üçün çalışandan daha zalım kim olar? Belələri oralara (əgər girərlərsə) ancaq qorxa-qorxa girə bilməlidirlər. Bunlar üçün dünyada rüsvayçılıq, axirətdə böyük bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın məscidlərində Onun adını zikr etməyə mane olan onları dağıtmağa çalışandan da zalımı varmı ? Halbuki onlar oraya ancaq qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün bu dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab vardır.
Sabirə Dünyamalıyeva:
Allahın tanıdıldığı-öyrədildiyi məktəblərinə, içərisində Allahın adı xatırlanmasın deyə mane olan, onların viran olmasına çalışan adamdan daha çox öz nəfsinə haqsızlıq edən kim ola bilər?!.. Belələri, Allahın tanıdıldığı-öyrədildiyi o məktəblərə ancaq qorxa-qorxa girəcək. Onlar üçün dünyada rüsvayçılıq var. Onlar üçün axirətdə böyük bir əzab var.