Maidə Surəsi 114. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məryəm oğlu İsa dedi: “Ey Allahım! Ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə endir ki, bizim həm birincimiz, həm axırıncımız üçün bir bayram Səndən bir möcüzə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən yaxşısısan!”
Bünyadov-Məmmədəliyev:
Məryəm oğlu İsa dedi: “Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm axırıncımız (həm bizim, həm bizdən sonra gələnlər) üçün bir bayram Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!”
Elmir Quliyev :
Иса (Иисус), сын Марьям (Марии), сказал: Аллах, Господь наш! Ниспошли нам трапезу с неба, которая была бы праздником для всех нас, от первого до последнего, и знамением от Тебя. Надели нас уделом, ведь Ты Наилучший из дарующих удел".
Ələddin Sultanov:
Məryəm oğlu İsa dedi: “Ey Allahım, ey Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, bizlər bizdən sonrakılar üçün bayram Səndən gələn bir möcüzə olsun! Bizə ruzi ver! Sən ruzi verənlərin ən xeyirlisisən”.
Kerbelayi Malik ağa:
Məryəm oğlu İsa: ‘Allahım, Rəbbimiz! Bizim üzərimizə səmadan bir süfrə endir ki, bizim üçün bayram, bizdən əvvəlkilər bizdən sonrakılar üçün səndən bir möcüzə (dəlil) olsun. Bizə ruzi ver. Sən ruzi verənlərin ən xeyirlisisən.’ dedi.
Ələsgər Musayev:
Isa Məryəm oğlu dedi: «Allahım mənim– Rəbbimiz! Səmadan bizim üçün süfrə nazil et! Bu, olsun bizim üçün əvvəlincimizə axırıncımıza bayramlıq Sənin tərəfindən ayət. Bizə ruzi yetir, Sən xeyirli ruzi verənsən!»
A.Mehdiyev və D.Cəfərli:
Məryəm oğlu İsa dedi: «İlahi, ey Rəbbimiz! Bizə göydən yeməklə dolu bir «maidə» (süfrə) nazil et ki, o bizim üçün - həm birincimiz, həm sonuncumuz üçün bir bayram Sənin tərəfindən bir nişanə möcüzə olsun; bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan».
Kövsər Tağıyev:
Məryəm oğlu İsa: “Ey Allahım! Ey Rəbbimiz! Bizə göydən bir süfrə endir ki, əvvəl gələnlərimizə (zamanımızdakı dindaşlarımıza) sonradan gələnlərimizə bir bayram səndən (gələn) bir möcüzə olsun. Bizi ruziləndir. Sən ruzi verənlərin ən xeyirlisisən”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Məryəm oğlu İsa dedi: "İlahi, ey Rəbbimiz! Göydən bizə bir süfrə endir ki, bizim həm birincimiz, həm sonuncumuz üçün bir bayram Səndən bir möcüzə olsun. Bizə ruzi ver! Sən ki, ruzi verənlərin ən yaxşısısan!"
Sabirə Dünyamalıyeva:
Məryəm oğlu İsa: "Allahım, Rəbbimiz! Bizim üstümüzə, bizim üçün, əvvəlkilərimiz sonrakılarımız üçün bir bayram Sənin [tərəfindən] bir işarət/nişan olaraq göydən bir süfrə endir. bizə ruzi ver. Sən ruzi verənlərin ən xeyirlisisən!" dedi.