Əlixan Musayev:
Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir.
Bünyadov-Məmmədəliyev:
Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.
Elmir Quliyev
:
А того, кто воспротивится Посланнику после того, как ему стал ясен прямой путь, и последует не путем верующих, Мы направим туда, куда он обратился, и сожжем в Геенне. Как же скверно это место прибытия!
Ələddin Sultanov:
Haqq yol aydın olduqdan sonra kim Peyğəmbərə qarşı gələr və möminlərin yolundan başqa bir yol izləyərsə, onu yönəlmiş olduğu yola döndərər və cəhənnəmə atarıq. Ora necə də pis bir qayıdış yeridir!
Kerbelayi Malik ağa:
Kim özünə hidayət bəyan edildikdən (açıqlandıqdan, aşkar olduqdan) sonra rəsula qarşı çıxarsa və möminlərin yolundan başqa bir yola tabe olarsa, onu üz tutduğu yola yönəldərik və onu cəhənnəmə atarıq. O, necə də pis dönüş yeridir.
Ələsgər Musayev:
Kim haqq yol
ona aydın olandan sonra rəsuldan üz döndərərsə və möminlərin
qeyrilərinin yolu ilə gedərsə, Biz onu qayıtdığı yola yönəldərik
və onu cəhənnəmə vasil edərik. Ora çox pis limandır!
A.Mehdiyev və D.Cəfərli:
Kim hidayət yolu ona aydın olduqdan sonra Bizim göndərdiyimiz peyğəmbərlə müxalifət və düşmənçilik etsə və möminlərin yolundan başqa bir yola tabe olsa, onu elə üz tutduğu tərəfə yönəldər, Cəhənnəmə daxil edər və onun hərarətini ona daddırarıq. Ora pis bir dönüş yeridir.
Kövsər Tağıyev:
Kim özünə hidayət (doğru yol) bəlli olduqdan sonra peyğəmbərə qarşı çıxar, möminlərin yolundan başqa bir yola uyarsa, onu yönəldiyi yolda buraxarıq və cəhənnəmə salarıq. Ora necə də pis yerdir?
M.Qənioğlu və T.Bilaloğlu:
Kim də düz yol özünə aydın olduqdan sonra peyğəmbərə qarşı çıxarsa və möminlərin yolundan qeyrisini tutarsa, Biz onu döndüyü səmtə yönəldərik və cəhənnəmə salarıq. O necə də pis yerdir!
Sabirə Dünyamalıyeva:
Və kim, doğru yol özü üçün açıq-aşkar meydana çıxdıqdan sonra Elçiyə üsyan edər və möminlərin yolundan başqa [bir yol] seçerse, Biz, onu yönəldiyi şeyə yönəldərik və onu cəhənnəmə daxil edərik. Ora necə də pis qayıdış yeridir!