Əlixan Musayev:
Allah dedi: “Mən onu sizə endirəcəyəm. Amma (bundan) sonra aranızdan kafir olanlara aləmlərdən heç kəsə vermədiyim bir əzabı verəcəyəm”.
Bünyadov-Məmmədəliyev:
Allah buyurdu: “Mən onu sizə, əlbəttə, nazil edərəm. Lakin ondan sonra sizlərdən kim küfrə düşərsə, ona aləmlərdə olanlardan (bəşər övladından, zəmanə əhlindən) heç kəsə verməyəcəyim bir əzab verərəm!”
Elmir Quliyev
:
Аллах ответил: "Я ниспошлю ее вам, но если кто-либо после этого не уверует, то Я подвергну его таким мучениям, которым Я не подвергал никого из миров".
Ələddin Sultanov:
Allah buyurdu: “Mən onu sizə, əlbəttə, endirəcəyəm. Ancaq bundan sonra sizdən kim inkar edərsə, Mən ona aləmlərdən (insanlardan) heç kimə vermədiyim bir əzab verəcəyəm”.
Kerbelayi Malik ağa:
Allah (c.c) buyurdu: ‘Şübhəsiz ki, Mən onu sizin üzərinizə endirəcəm, lakin ondan sonra sizdən kim inkar etsə, o təqdirdə Mən mütləq onu aləmlərdən heç birini əzablandırmadığım bir əzabla əzablandıraram.’
Ələsgər Musayev:
Dedi
Allah: «Həqiqətən, Mən onu sizin üçün nazi etdim. Kim
bundan sonra kafir olarsa sizdən, onu elə əzab edərəm ki,
aləmlərdən bir kəsi o cür əzab etmirəm!»
A.Mehdiyev və D.Cəfərli:
Allah buyurdu: «Həqiqətən, Mən onu sizə nazil edəcəyəm. Beləliklə, əgər bundan sonra kimsə kafir olsa, şübhəsiz, Mən ona aləmdə hələ heç kimə vermədiyim bir əzab verəcəyəm».
Kövsər Tağıyev:
Allah isə: “Mən onu sizə endirəcəyəm. Ancaq ondan sonra sizdən kim inkar edərsə, artıq mən ona kainatda heç kimə verməyəcəyim əzabı verərəm”, – demişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah dedi: "Mən, həqiqətən, onu sizə endirərəm. Əgər sizdən hər kəs bir daha küfr edərsə, onda onu aləmlərdən [bəşər övladından] heç kəsə vermədiyim cəza ilə cəzalandıraram."
Sabirə Dünyamalıyeva:
Allah dedi ki: "Şübhəsiz ki, Mən, onu sizə nazil edənəm. Artıq bundan sonra sizdən kim iman gətirməsə, Mən ona aləmlərdən heç kəsə verməyəcəyim bir əzab verəcəyəm."