Tövbə Surəsi 115. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah bir camaatı doğru yola yönəltdikdən sonra uzaqlaşmaları zəruri olan şeylərdən onları xəbərdar etməyincə onları həmin yoldan azdırmaz. Həqiqətən, Allah hər şeyi bilir.
Bünyadov-Məmmədəliyev:
Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub çəkinməli olduqları şeyləri özlərinə bildirmədən onları (haqq yolundan) sapdırmaz! Həqiqətən, Allah hər şeyi (olduğu kimi, layiqincə) biləndir!
Elmir Quliyev :
Аллах не вводит в заблуждение людей, которым Он указал прямой путь, пока Он не разъяснит им, чего они должны опасаться. Воистину, Аллах знает о всякой вещи.
Ələddin Sultanov:
Allah bir qövmü doğru yola yönəltdikdən sonra çəkinməli olduqları şeyləri bəyan etməyincə onları azdırmaz. Həqiqətən, Allah hər şeyi biləndir.
Kerbelayi Malik ağa:
Allah bir qövmü hidayətə ərdirdikdən sonra təqva sahibi olacaqları şeylər onlara açıqlanmadıqca (o qövmü) dəlalətə düşürəcək deyil. Şübhəsiz ki, Allah hər şeyi ən yaxşı biləndir.
Ələsgər Musayev:
Olmadı Allah zəlalətdə tərk etmək üçün qoumu ondan sonra ki, hidayət etdi onları, ta bəyan edə onlara ki, qorxalar. Həqiqətən, Allah küllisi ilə şeyin Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Allaha bir dəstəni (dinin əsaslarına) hidayət etdikdən sonra, (digər hökmlərdə) qorxmalı olduqları şeyi (vacib haramları) onlara aydınlaşdırmadan (açıqlamadan) nadanlıqda buraxmaq (və ya müxalifət etdiklərinə görə cəzalandırmaq) yaraşmaz (və bu, «lütf» qanunu ağıl ilə uyğun gəlmir). Həqiqətən Allah hər bir şeyi biləndir.
Kövsər Tağıyev:
Doğru yola yönəltdikdən sonra qorxub çəkinəcəkləri şeyləri onlara açıq-aydın bildirmədikcə, Allah bir qövmü sapdırmaz. Şübhəsiz, Allah hər şeyi haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah insanları düz yola çıxartdıqdan sonra onlara nədən çəkinməyi aydınlaşdırmadan onları yoldan çıxaran deyildir. Həqiqətən, Allah hər şeyi bilir!
Sabirə Dünyamalıyeva:
Allah, bir tayfaya doğru yolu göstərdikdən sonra, Özünün mihafizəsi altına daxil olmalarına səbəb olacaq şeyləri onlar üçün aşkar etməmiş, onları azdırmaz. Şübhəsiz ki, Allah hər şeyi ən yaxşı biləndir.