Əlixan Musayev:
Heç olmasa, sizdən əvvəlki nəsillərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı. Onlardan yalnız xilas etdiyimiz az bir qismi belə idi. Zülm edənlər isə onlara verilmiş dünyanın ləzzətinə uydular və günahkar oldular.
Bünyadov-Məmmədəliyev:
Barı, sizdən əvvəlki nəsillərin ağıl və fəzilət (hünər) sahibləri yer üzündə fitnə-fəsad törətməyi qadağan edəydilər! Onların xilas etdiyimiz az bir qismi istisnadır. (Onlar keçmiş peyğəmbərlərin əshabələridir ki, insanlara yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edərdilər.) Zalımlar isə onlara verilmiş nemətə (dünyanın ləzzətinə) uydular və günahkar oldular.
Elmir Quliyev
:
Если бы только среди поколений, живших до вас, были мудрые люди, которые выступали бы против нечестия на земле. Такими были лишь немногие из числа тех, кого Мы спасли. А беззаконники последовали за тем, что было даровано им, и стали грешниками.
Ələddin Sultanov:
Kaş sizdən əvvəlki dövrlərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıllı və fəzilətli kimsələr olaydı. Ancaq onların xilas etdiyimiz az bir qismi belə idi. Zalımlar özlərinə verilən nemətlərin arxasınca getdilər. Onlar günahkar idilər.
Kerbelayi Malik ağa:
Bu vəziyyətdə sizdən öncəki nəsillərdən bəqiyyə sahibləri (əsrlərcə münkəri yasaq edənlər və marufla əmr edənlər) yer üzündə fitnə-fəsadı qadağan etsə, olmazdımı? Onlardan xilas etdiyimizin çox az bir qismi istisnadır. Zalım olanlar rifaha (mal, mülk) tabe oldular və günahkarlar oldular.
Ələsgər Musayev:
Bəs nə üçün sizdən qabaq qərinələrdən baqiyyət
sahibləri olmadı - ancaq az bir dəstədən başqa ki, onlara nicat
verdik - ərzdə fəsad etməkdən çəkindirəydilər? O kəslər ki,
zalim idilər, tabe oldular dünya yaşayışına və cərimə
olunmuşlardan oldular.
A.Mehdiyev və D.Cəfərli:
Bəs nə üçün sizdən qabaqkı insan cəmiyyətlərindən (məsələn Nuhun, Hudun, Salehin və Lutun qövmlərindən) h onların xilas etdiyimiz az bir qismindən (peyğəmbərlər və onların ardıcıllarından) başqa a (insanları) yer üzündə fəsad törətməkdən çəkindirən ağıl və düşüncə sahibləri olmadı (ki, onlar da o cür əzaba düçar olmayaydılar)? Zülm edənlər öz keflərini və eyş-işrətlərini davam etdirdilər və onların hamısı günahkar idilər. (Buna görə də tarix boyu bəşəriyyətin əksəriyyətinin yoldan çıxması təəccüblü və təəssüf doğurandır).
Kövsər Tağıyev:
Gərək sizdən əvvəlki nəsillərdən ağlı başında olan kimsələr (insanlar) yer üzündə fitnə-fəsad törədilməsini qadağan edəydilər. Ancaq aralarından özlərini xilas etdiyimiz çox az kimsə bunu etmişdi. Zülm edənlər isə onlara bəxş edilən rifaha uydular və günahkar kimsələr oldular.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər sizdən əvvəlki nəsillərdən yer üzündə fitnə-fəsadın qarşısını alacaq ağıl sahibləri var idi? Onların arasında yalnız bir qism var idi ki, Biz onları xilas etdik. Zülm edənlər onlara verilmiş dünya ləzzətlərinə uyaraq günahkar oldular.
Sabirə Dünyamalıyeva:
Bax, sizdən əvvəlki dövrlərdən "qalan şeylərin" [söz, əsər, fəzilət] sahibləri; ağıllı insanlar, Kitab Əhli, yer üzündə fitnə-fəsad törətməyi qadağan etməyə çalışsaydılar! Lakin onların içindən xilas etdiyimiz az sayda adam bunu etdi. Allahın ortağı olduğunu qəbul etməklə, Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməklə səhv; öz zərərinə olan əməli işləyən o kəslər isə, onları qudurdan rifahın arxasınca düşdülər və günahkarlar oldular.