Əlixan Musayev:
Kafirlərin malları da, övladları da onlara Allah yanında heç bir şeydə fayda verə bilməz. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.
Bünyadov-Məmmədəliyev:
Əlbəttə, kafir olan şəxslərin nə malları, nə də övladları onları Allahdan (Allahın əzabından) əsla qurtara bilməyəcək. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.
Elmir Quliyev
:
Ни имущество, ни дети ничем не помогут перед Аллахом тем, которые не уверовали. Они будут обитателями Огня и пребудут там вечно.
Ələddin Sultanov:
Şübhəsiz ki, kafirlərin nə malları, nə də övladları Allaha qarşı onlara bir fayda verəcək. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, inkar edənlərə malları və övladları Allahdan gələn bir əzaba qarşı əsla fayda verməz. Onlar atəş əhlidir, onlar orada davamlı qalacaq olanlardır.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, kafirdirlər, qəni etməz onlardan
malları və övladları Allahdan bir şeyə. Həmin onlardır
əshabı odun. Onlar orada həmişəlikdirlər!
A.Mehdiyev və D.Cəfərli:
Subh?siz, kafirl?rin n? mallar? v? n? d? ovladlar? onlardan Allah(?n ?zab?n)dan hec bir seyi ?sla d?f etm?y?c?kdir. Onlar od ?hlidirl?r v? orada ?b?di qalacaqlar.
Kövsər Tağıyev:
İnkar edənlərə nə malları, nə də övladları Allah qatında heç bir fayda verməz. Onlar cəhənnəmlikdirlər. Onlar orada əbədi qalacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirləri nə var-dövlətləri, nə də övladları Allahın (qəzəbindən) əsla xilas edə bilməyəcəkdir. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalasıdırlar.
Sabirə Dünyamalıyeva:
Kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərin] malları və övladları, Allah yanında onlara qətiyyən fayda verməyəcək. Bax onlar od əhlidirlər. Onlar orada əbədi qalacaqlar.