Möminun Surəsi 117. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir tanrıya ibadət edərsə, onun cəzasını Rəbbi Özü verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar!
Bünyadov-Məmmədəliyev:
Kim Allahla yanaşı başqa bir tanrıya ibadət edərsə - bunun üçün isə onun heç bir dəlili yoxdur (qiyamət günü) onun cəzasını Rəbbi özü verəcəkdir. Həqiqətən, kafirlər nicat tapmazlar!
Elmir Quliyev :
У того, кто молится наряду с Аллахом другим богам, нет в пользу этого никакого довода. Его счет хранится у его Господа. Воистину, неверующие не преуспеют.
Ələddin Sultanov:
Kim əlində heç bir dəlil olmadığı halda Allahla yanaşı başqa bir ilaha sitayiş edərsə, onun cəzasını məhz Rəbbi verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar.
Kerbelayi Malik ağa:
Kim bir bürhanı (dəlili) olmamasına baxmayaraq, Allah ilə bərabər başqa bir ilaha tapınsa, artıq onun hesabı yalnız Rəbbinin dərgahındadır. Şübhəsiz ki, kafirlər fəlaha (qurtuluşa) çata bilməzlər.
Ələsgər Musayev:
kim Allahla yanaşı ilahi axır çağıra yoxdur sübut onun üçün onunla onun hesabı Rəbbinin yanındadır! Həqiqətən,O nicat verməz kafirlərə!»
A.Mehdiyev və D.Cəfərli:
Kim Allahla birgə barəsində dəlil-sübutu olmayan başqa bir məbudu çağırsa, onun haqq-hesabı yalnız Rəbbinin yanındadır. Şübhəsiz, kafirlər nicat tapmayacaqlar.
Kövsər Tağıyev:
Haqqında heç bir dəlili olmadığı halda kim Allah ilə yanaşı başqa bir ilaha tapınarsa, onun hesabı ancaq Rəbbinin qatındadır. Şübhəsiz, kafirlər əsla nicat tapmazlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Hər kim Allahla bərabər haqqında özünün heç bir dəlili olmadığı bir başqa tanrıya da ibadət edərsə, onun haqq-hesabı ancaq öz Rəbbinin qarşısında olacaqdır. Kafirlər uğur qazanmazlar.
Sabirə Dünyamalıyeva:
Kim, heç bir dəlili olmadığı halda, Allah ilə birgə başqa bir məbuda yalvarsa, bilsin ki, onun hesabını Rəbbi özü görəcəkdir. Şübhəsiz ki, kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlər] öz vəziyyətlərini qoruya bilməzlər, zəfər qazana bilməzlər.