Ənam Surəsi 117. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, sənin Rəbbin, Onun yolundan azanları daha yaxşı tanıyır. O, doğru yolda olanları da yaxşı tanıyır.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, yolundan azanları ən yaxşı tanıyan Rəbbindir. Haqq yola yönələnləri ən yaxşı bilən Odur!
Elmir Quliyev :
Воистину, твоему Господу лучше знать, кто сбивается с Его пути. Ему также лучше знать, кто следует прямым путем.
Ələddin Sultanov:
Şübhəsiz ki, sənin Rəbbin yolundan azanları da, haqq yola yönələnləri ən yaxşı biləndir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, sənin Rəbbin Öz yolundan sapanı ən yaxşı biləndir. O, hidayətə ərənləri ən yaxşı biləndir.
Ələsgər Musayev:
Yaman deməyin o kəslərə ki, Allahdan başqalarını çağırırlar, olmaya ki, onlar da ədavət elmsizlikdən Allaha yaman deyələr. Beləcə zinətli etdik külli qoum üçün əməllərini, sonra onlar öz Rəblərinə tərəf dönəcəklər O xəbər verəcək onlara ilə ki, oldular əməl edənlər.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Rəbbin Özü Onun yolundan azanı(n halını) daha yaxşı bilir. O, doğru yolu tapanları(n halını) da daha yaxşı bilir.
Kövsər Tağıyev:
Şübhəsiz, sənin Rəbbin yolundan azanları çox yaxşı bilir yenə O, doğru yolu tapanları ən yaxşı biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, sənin Rəbbin Onun yolundan çıxanları daha yaxşı tanıyır. O, düz yolla gedənləri daha yaxşı tanıyır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, sənin Rəbbin, kimlərin Onun yolundan çıxdığını ən yaxşı biləndir. O, yönləndirildikləri doğru yolda olanları da daha yaxşı tanıyır.