Əlixan Musayev:
Biz Musaya: “Əsanı (yerə) at!”– deyə vəhy etdik. Elə bu an (əsa ilana çevrilib) onların düzəltdikləri şeyləri uddu.
Bünyadov-Məmmədəliyev:
Biz də Musaya: “Əsanı tulla!” – deyə vəhy etdik. Bir də (baxıb gördülər ki) əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur.
Elmir Quliyev
:
Мы внушили Мусе (Моисею): "Брось свой посох!" И вот она (змея) стала заглатывать то, что они измыслили.
Ələddin Sultanov:
Biz də Musaya: “Əsanı at!” - deyə vəhy etdik. Bir də baxdılar ki, (əsa ilana çevrilib) onların uydurduqları şeyləri udur.
Kerbelayi Malik ağa:
Musaya (ə.s) əsasını atmasını vəhy etdik. Atdığı zaman o, (onların) düzəltdikləri (sehrli) şeyləri uddu.
Ələsgər Musayev:
Biz Musaya vəhy etdik ki: «At əsanı!» Və onda ki, atdı onu, nə var idi hamısını uddu.
A.Mehdiyev və D.Cəfərli:
Və Biz Musaya «öz əsanı at!» deyə vəhy etdik. (Elə ki, Musa əsasını atdı, əsa əjdaha oldu.) Beləliklə, sehrbazların yalandan düzəltdiklərini qəfildən sürətlə tutub udurdu.
Kövsər Tağıyev:
Biz də Musaya: “Əlindəki əsanı yerə at”, – deyə vəhy etdik. Bir də gördülər ki, o, onların uydurduqlarını yaxalayıb udur.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Musaya: "Öz əsanı yerə at!" - deyə vəhy etdik. Birdən o [əsa] onların uydurduqları (caduları) udmağa başladı.
Sabirə Dünyamalıyeva:
Biz də Musaya: "Sən də öz biliklərini meydana çıxar" deyə vəhy etdik. Bir də nə görsələr yaxşıdır, onların uydurub meydana qoyduqları şeyləri sürətlə yaxalayıb udur.