Əlixan Musayev:
Əgər Rəbbin istəsəydi, insanları vahid bir ümmət edərdi. Amma onlar elə hey ixtilafdadırlar.
Bünyadov-Məmmədəliyev:
Əgər Rəbbin, istəsəydi bütün insanları (eyni dində olan) tək bir ümmət edərdi. Onlar (yəhudi, xaçpərəst, atəşpərəst və i. a. olmaqla dinləri barəsində) hələ də ixtilafdadırlar.
Elmir Quliyev
:
Если бы твой Господь захотел, то Он сделал бы человечество единой общиной верующих. Однако они не перестают вступать в противоречия,
Ələddin Sultanov:
Əgər Rəbbin diləsəydi, insanları tək bir ümmət (millət) edərdi. Onlar hələ də (din barəsində) ixtilafdadırlar.
Kerbelayi Malik ağa:
Rəbbin əgər diləsəydi insanları tək bir ümmət edərdi. Halbuki ixtilaflar davam edəcək.
Ələsgər Musayev:
Əgər Rəbbin istəsəydi, insanları vahid ümmət edərdi.
Onlar isə ixtilafı tərk etmirlər,
A.Mehdiyev və D.Cəfərli:
Və əgər Rəbbin qəti iradə ilə istəsəydi, insanların hamsını (məcburi surətədə) tək (bir dində və bir şəriətə əməl edən) bir ümmət edərdi (hamının qəlb istəyini qeyri-ixtiyari olaraq tək bir etiqad və əməl üzərində möhkəmləndirərdi). (Lakin onları ixtiyar sahibi etdi) və (buna görə də) onlar həmişə ziddiyyətdədirlər.
Kövsər Tağıyev:
Rəbbin istəsəydi, insanları (eyni dinə mənsub) tək bir ümmət edərdi. Lakin Rəbbinin mərhəmət etdikləri istisna olmaqla onlar ixtilafa davam edəcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər sənin Rəbbin istəsəydi, insanları tək bir millət [dindaş] edərdi. Onlar isə hələ bir-birlərindən fərqlənirlər,
Sabirə Dünyamalıyeva:
Əgər Rəbbin istəsəydi, insanları əlbəttə başçısı olan vahid bir qövm edərdi. Halbuki Rəbbinin mərhəmət etdiyi kəslər istisna olmaqla, onlar hələ də ixtilafdadırlar.