Maidə Surəsi 118. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!”
Bünyadov-Məmmədəliyev:
Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən” (İstədiyin bəndəyə əzab verməyə, istədiyini bağışlamağa hər hansı bir məsələni həkimanə həll etməyə qadir olan ancaq Sənsən!)
Elmir Quliyev :
Если Ты подвергнешь их мучениям, то ведь они Твои рабы. Если же Ты простишь им, то ведь Ты Могущественный, Мудрый".
Ələddin Sultanov:
Əgər onlara əzab versən, şübhəsiz, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, əlbəttə, Sən qüdrətlisən, hikmət sahibisən!”
Kerbelayi Malik ağa:
Əgər onlara əzab etsən, artıq şübhəsiz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, o təqdirdə şübhəsiz ki, Sən Əzizsən (üstünsən), Hakimsən (hökm hikmət sahibisən).
Ələsgər Musayev:
Əgər onları əzab edəsən, həqiqətən, onlar Sənin bəndələrindir əgər onlar üçün bağışlayasan, həqiqətən, Sən Əzizsən, Həkimsən!»
A.Mehdiyev və D.Cəfərli:
«Əgər onlara əzab versən, onlar Sənin bəndələrindir (və Sənin əzabın eynilə ədalətdir) əgər onları bağışlasan (bu qüdrət hikmət əsasındadır və) həqiqətən, Sən Özün yenilməz qüdrət hikmət sahibisən».
Kövsər Tağıyev:
“Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, mütləq güc sahibisən, hökm hikmət sahibisən”.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onları (cəzalandırmaq istəsən) cəzalandırarsan, onlar ki Sənin qullarındır, əgər (bağışlamaq istəsən) bağışlarsan, axı Sən qüvvət hikmət sahibisən!”
Sabirə Dünyamalıyeva:
Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin bəndələrindir əgər onları bağışlasan, şübhəsiz Sən, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/[etdiyini] möhkəm edənsən."