Əlixan Musayev:
Allah dedi: “Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi gündür! Onlar üçün (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları Cənnət bağları hazırlanmışdır”. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu, böyük uğurdur.
Bünyadov-Məmmədəliyev:
Allah buyurdu: “Bu (qiyamət günü) elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu, (möminlər üçün) böyük qurtuluşdur (uğurdur)!”
Elmir Quliyev
:
Аллах сказал: "Это — день, когда правдивым людям принесет пользу их правдивость. Им уготованы Райские сады, в которых текут реки. Они пребудут там вечно". Аллах доволен ими, и они довольны Им. Это — великое преуспеяние!
Ələddin Sultanov:
Allah buyuracaqdır: “Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi bir gündür. Onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər vardır. Allah onlardan, onlar da Allahdan razı qalmışlar. Böyük uğur budur!”
Kerbelayi Malik ağa:
Allahu Təala belə buyurdu: ‘Bu gün sadiqlərə sədaqətlərinin özlərinə fayda verəcəyi bir gündür. Onlar üçün altlarından çaylar axan, içində əbədi olaraq qalacaqları cənnətlər vardır. Allah onlardan razı olmuş, onlar da Allahdan razı olmuşlar. Bu ‘Fevz-ül Əzim’dir (ən böyük fevzdir).’
Ələsgər Musayev:
Dedi Allah: «Bu gün mənfəət verər doğru
danışanlara doğruluğu onların. Onlar üçün cənnətlər – cari
olur altından nəhrlər, həmişəlik orada əbədi qalacaqlar». Allah
onlardan razı və onlarda da Allahdan razıdırlar. Budur əzəmətli
səadət!
A.Mehdiyev və D.Cəfərli:
Allah buyurar: «Bu doğruçulara (əqidə, danışıq və əməldəki) düzlüklərinin fayda verdiyi bir gündür. Onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər vardır, orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Budur böyük uğur!»
Kövsər Tağıyev:
Allah belə deyəcək: “Bu gün sadiqlərə sədaqətlərinin fayda verəcəyi gündür”. Onlara içindən çaylar axan, içində əbədi qalacaqları cənnətlər var. Allah onlardan razı olmuş, onlar da Allahdan razı olmuşlar. Bax bu, böyük uğurdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah dedi: "Bu, doğru danışanlara doğru danışmalarının fayda verəcəyi bir gündür. Onlar üçün dibindən çaylar axan və orada əbədi qalacaqları cənnət bağları vardır." Allah onlardan razı qaldı, onlar da Ondan razı oldular. Bu ki, böyük uğurdur.
Sabirə Dünyamalıyeva:
Allah dedi ki: "Bu, doğru kəslərə düzlüklərinin fayda verdiyi bir gündür. Onlar üçün, içində əbədi qalacaqları, altından çaylar axan cənnətlər var." Allah, onlardan razı olmuşdur, onlar da Ondan razı olmuşlar. Bax bu, ən böyük qurtuluşdur.