Ənam Surəsi 119. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah, məcburiyyət qarşısında yeyəcəyiniz şeylər istisna olmaqla haram buyurulanları təfərrüatı ilə sizə bil-dirdiyi halda, üstündə Onun adı çəkilənlərdən üçün yeməyəsiniz? Şübhəsiz ki, çoxları elmsiz olduqları üçün öz istəklərinə uyub (insanları doğru yoldan )azdırırlar. Həqiqətən, sənin Rəbbin, həddi aşanları daha yaxşı tanıyır.
Bünyadov-Məmmədəliyev:
Sizə olub ki, üstündə Allahın adı çəkilmiş (heyvanların) ətindən yeməyəsiniz? Halbuki məcburiyyət qarşısında (yeməli) olduğunuz şeylər istisna edilməklə, sizə haram buyurduqların artıq O (Allah) müfəssəl şəkildə sizə bildirmişdir. Şübhəsiz ki, çoxları (şəriəti) bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq (xalqı) düz yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı tanıyandır!
Elmir Quliyev :
Почему вам не есть из того, над чем произнесено имя Аллаха, в то время как Он уже подробно разъяснил вам, что вам запрещено, если только вы не принуждены к этому? Воистину, многие вводят других в заблуждение своими собственными желаниями, без всякого знания. Воистину, твоему Господу лучше знать преступников.
Ələddin Sultanov:
Sizə olub ki, üstündə Allahın adı çəkilərək kəsilənlərdən yemirsiniz? Halbuki məcbur qaldığınız vaxt (yeyə biləcəyiniz şeylər) istisna olmaqla, sizə haram etdiklərini O sizin üçün bəyan etmişdir. Həqiqətən, bir çoxları arzularına uyaraq bilmədən (insanları) haqq yoldan azdırarlar. Şübhəsiz ki, Rəbbin həddi aşanları ən yaxşı biləndir. (İnsan yeməyə heç bir şey tapmayıb ölüm təhlükəsi ilə üz-üzə gələrsə, həyatda qalmaq üçün haram olan şeylərdən ölməyəcək qədər yeyə bilər.)
Kerbelayi Malik ağa:
Sizə olub ki, üzərində Allahın adı çəkilən şeylərdən yemirsiniz? Darda qalıb, ona məcbur olduğunuz şeylər istisna olmaqla, sizə haram etdiyi şeyləri sizə ayrı-ayrı açıqlamışdı. Şübhəsiz ki, onların çoxu bir elmləri olmadan, öz həvəsləri ilə (başqalarını) dəlalətdə buraxırlar. Şübhəsiz ki, sənin Rəbbin o həddi aşanları ən yaxşı biləndir.
Ələsgər Musayev:
Biz döndərərik onların könüllərini gözlərini, qədər, əvvəl dəfə inanmadılar onun ilə tərk edərik onları öz tuğyanlarında kor halda.
A.Mehdiyev və D.Cəfərli:
Sizə olmuşdur ki, (kəsilərkən başı) üzərində Allahın adı çəkilən şeylərdən yemirsiniz, halbuki, O, sizə haram etdiklərini zərurət halında (yeməyə) məcbur olduğunuz şey istisna olmaqla bütün təfsilatı ilə bəyan etmişdir?! Şübhəsiz (insanların) çoxu nadanlıq üzündən öz nəfsi istəkləri ilə (başqalarını) azdırırlar (deyirlər: «Bu necə olur ki, sizin öldürdükləriniz halal, Allahın öldürdüyü isə haramdır?!) Həqiqətən sənin Rəbbin həddi aşanları (haqdan kənara çıxanların halını) daha yaxşı biləndir.
Kövsər Tağıyev:
Allah yemək məcburiyyətində qaldıqlarınız xaricində sizə nələri haram etdiyini tək-tək açıqladığı halda Onun adının çəkildiyi heyvanları yeməməyinizin səbəbi nədir? Həqiqətən, bir çoxları nəfslərinə uyaraq bilmədikləri halda (camaatı) azdırırlar. Şübhəsiz, sənin Rəbbin həddi aşanları çox yaxşı bilir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizə olub ki, üzərində Allahın adı zikr olunanlardan yeməyəsiniz? O ki, məcbur olduğunuz şeylər istisna olmaqla, haram edilmişləri sizin üçün sadalamışdır. Bir çoxları isə bu barədə biliyi olmadan öz həva-həvəsləri ilə (adamları) yoldan çıxarırlar. Həqiqətən, sənin Rəbbin həddini aşanları daha yaxşı tanıyır.
Sabirə Dünyamalıyeva:
sizə olub ki, O sizə, məcbur qalmadıqca haram olan şeyləri ətraflı izah etdiyi halda, Allahın adı çəkilmişlərdən yemirsiniz? şübhəsiz ki, bir çoxları bilmədən istəklərinə uyaraq yoldan çıxırlar. Şübhəsiz ki, sənin Rəbbin, həddi aşanları ən yaxşı biləndir.