Nəhl Surəsi 12. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O, gecəni gündüzü, günəşi ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır.
Bünyadov-Məmmədəliyev:
O, gecəni gündüzü, Günəşi Ayı sizə ram etdi (sizin xidmətinizə verdi). Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır!
Elmir Quliyev :
Он покорил вам ночь и день, солнце и луну. Звезды также покорны по Его воле. Воистину, в этом знамения для людей разумеющих.
Ələddin Sultanov:
O, gecəni, gündüzü, günəşi ayı sizin xidmətinizə verdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Həqiqətən, bunda düşünən insanlar üçün dəlillər vardır.
Kerbelayi Malik ağa:
Gecə gündüz, Günəş, Ay ulduzları sizin əmrinizə tabe etdi. Onlar Onun (Allahu Təalanın) əmri ilə sizə tabe edildi. Şübhəsiz ki, bunda ağıl işlədən bir topluluq üçün əlbəttə ayələr (dəlillər) vardır.
Ələsgər Musayev:
Sizin üçün ram etdi gecəni gündüzü şəmsi qəməri. Ulduzlar Onun əmri ilə ram olublar. Həqiqətən, bunda ağıl sahibi olan qoum üçün ayətlər var!
A.Mehdiyev və D.Cəfərli:
Gecəni gündüzü günəş ilə ayı sizə ram etdi bütün ulduzlar Onun mütləq iradəsi qarşısında ramdırlar. Əlbəttə, bunda (bu ram olmaqda) ağıllarını işlədən dəstə üçün nişanələr vardır.
Kövsər Tağıyev:
O, gecəni, gündüzü, günəşi ayı sizin xidmətinizə verdi. Bütün ulduzlar da Onun əmri ilə sizin xidmətinizə verilmişdir. Şübhəsiz, düşünən bir millət üçün bunda ibrətlər var.
M.Qənioğlu və T.Bilaloğlu:
O, gecə gündüzü, günəşi ayı sizə (xidmət üçün) ram etdi, ulduzlar da Onun əmri ilə ram ediliblər. Doğrudan da anlayan adamlar üçün bunda dəlillər vardır.
Sabirə Dünyamalıyeva:
Allah, gecəni gündüzü, günəşi ayı sizə ram etdi/sizin faydalanmağınıza uyğun xüsusiyyətlərdə yaratdı. Bütün ulduzlar da Onun əmrinə boyun əymişlər. Şübhəsiz ki, bunda ağlını işlədən bir qövm üçün işarətlər/nişanələr vardır.