İsra Surəsi 12. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz gecə gündüzü iki əlamət etdik. Rəbbinizdən lütf diləyəsiniz, illərin sayını hesabı biləsiniz deyə gecənin əlamətini silib gündüzün işıqlı əlamətini gətirdik. Biz hər şeyi təfsilatı ilə izah etdik.
Bünyadov-Məmmədəliyev:
Biz gecə gündüzü (qüdrətimizə dəlalət edən) iki əlamət müəyyən etdik. Rəbbinizdən ruzi diləməniz, illərin sayını hesabı (vaxt ölçülərini) bilməyiniz üçün gecənin əlamətini (qaranlığı) silib (yerinə) gündüzün işıqlı (görünən) əlamətini gətirdik. Biz (ehtiyac hiss etdiyiniz) hər şeyi (Quranda) müfəssəl izah etdik.
Elmir Quliyev :
Мы сделали ночь и день двумя знамениями. Мы погрузили во мрак знамение ночи, а знамение дня сделали светящимся, чтобы вы стремились к милости вашего Господа, могли вести летосчисление и знали счет. Всякой вещи Мы дали исчерпывающее разъяснение.
Ələddin Sultanov:
Biz gecə gündüzü (qüdrətimizi göstərən) iki dəlil olaraq yaratdıq. Rəbbinizin nemətlərini araşdırasınız, illərin sayını hesabı biləsiniz deyə, gecənin dəlilini (qaranlığını) sildik gündüzün dəlilini (aydınlığını) işıqlı etdik. Biz hər şeyi (Quranda) müfəssəl olaraq izah etdik.
Kerbelayi Malik ağa:
İllərin sayını hesabını bilməyiniz üçün gecəni gündüzü iki əlamət etdik. Gecənin əlamətini görünməz etdik. Rəbbinizdən fəzl istəməyiniz üçün gündüzün əlamətini görünən etdik. Hər şeyi təfsilatı ilə açıqladıq.
Ələsgər Musayev:
Etdik gecə gündüzü iki ayət. Gecə ayətini silərək gündüz ayətini edirik görmək üçün, ondan ötrü ki, axtarasınız fəzli Rəbbinizdən illərin sayını hesabını biləsiniz. külli şeyi müfəssəl təfsil etdik.
A.Mehdiyev və D.Cəfərli:
Biz, gecə ilə gündüzü (Öz tovhid, qüdrət hikmətimizin) iki nişanə(si) etdik. Beləliklə gecə olan nişanəni qaranlıq, gündüz olan nişanəni isə işıqlı etdik ki, siz (aydınlıqda) Rəbbinizdən lütf mərhəmət istəyəsiniz (işləmək qazanc əldə etməklə məşğul olasınız) həmçinin (gecə ilə gündüzün birləşməsindən ay, ayların birləşməsindən il düzəldəsiniz onun vasitəsi ilə) illərin sayını hesabı (işlərin, müqavilələrin, ömürlərin, hadisələrin hesabını) biləsiniz. Biz hər bir şeyi ona münasib təfsilatı ilə izah etmişik.
Kövsər Tağıyev:
Biz gecəni gündüzü (qüdrətimizi göstərən) iki əlamət olaraq yaratdıq. Rəbbinizdən lütf istəyəsiniz deyə, illərin sayını hesabı biləsiniz deyə gecə əlamətini aradan qaldırıb gündüzün işıqlandırıcı əlamətini gətirdik. Biz hər şeyi təfsilatı ilə açıqladıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz gecə gündüzü iki əlamət etdik. Gecənin əlamətini silib apardıq gündüzün əlamətini gözün görməsi üçün işıqlı etdik ki, siz öz Rəbbinizin lütfü sorağında olasınız, illərin sayını (vaxtın) hesabını biləsiniz. Biz hər şeyi qaydasınca yerbəyer etdik.
Sabirə Dünyamalıyeva:
Biz, gecəni gündüzü iki işarət/nişan etdik. Sonra Rəbbinizin lütf etdiyi şeyləri axtarasınız deyə, illərin sayını hesabı biləsiniz deyə gecənin işarətini/nişanını silib, bir düşüncə inkişaf etdirici olaraq gündüzün işarətini/nişanını gətirdik. Biz, hər şeyi ətraflı izah etdik, izah etdik.