Əlixan Musayev:
Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!”– demədilər?
Bünyadov-Məmmədəliyev:
Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” – deməli deyildilərmi?
Elmir Quliyev
:
Почему же, когда вы услышали это, верующие мужчины и женщины не подумали о самих себе (друг о друге) хорошее и не сказали: "Это — очевидная клевета"?
Ələddin Sultanov:
Kaş onu (iftiranı) eşitdiyiniz zaman mömin kişi və qadınlar qəlblərində yaxşı şeylər düşünərək: “Bu, açıq-aydın bir iftiradır!” - desəydilər.
Kerbelayi Malik ağa:
Mömin kişilər və mömin qadınlar onu (bu böhtanı) eşitdikləri zaman öz içlərində yaxşı gümanda olub və ‘bu açıq-aşkar böhtandır’ desəydilər, olmazdımı (demələri lazım deyildimi)?
Ələsgər Musayev:
Niyə onda ki, bunu eşitdi inanan kişilər və inanan qadınlar, öz nəfslərində xeyir zənn etmədilər və niyə demədilər: «Bu, aşkar yalandır!»?
A.Mehdiyev və D.Cəfərli:
Nə üçün onu eşidəndə (sizdən olan) mömin kişi və qadınlar bir-birləri barəsində yaxşı gümanda olmadılar və «bu aşkar bir böhtandır» demədilər?!
Kövsər Tağıyev:
Bu iftiranı eşitdiyiniz zaman iman edən kişi və qadınlar öz (din qardaş)ları haqqında hüsni-zənn bəsləyib: “Bu, açıq-aydın bir iftiradır”, – desəydilər olmazdımı?
M.Qənioğlu və T.Bilaloğlu:
Siz bunu [böhtanı] eşitdikdə olmazmıdı ki, mömin kişi və qadınlar ürəklərinə yaxşı fikir gətirərək: "Axı bu, açıq-aşkar böhtandır", - deyəydilər.
Sabirə Dünyamalıyeva:
Bunu eşitdiyiniz zaman, mömin kişi və qadınlar, bu böhtanı eşitdikdə özləri üçün xeyir olduğunu düşünməli və "Bu açıq-aydın bir böhtandır!" deməli deyildilərmi?