Əlixan Musayev:
Onlar (Cəhənnəm) odunu uzaq məsafədən gördükdə belə onun necə qəzəblə qaynamasını duyar və uğultusunu eşidəcəklər.
Bünyadov-Məmmədəliyev:
O (atəş) onları uzaqdan görüncə (kafirlər) onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər.
Elmir Quliyev
:
Когда оно завидит их издалека, они услышат его яростное шипение и вздохи.
Ələddin Sultanov:
(Cəhənnəm) onları uzaqdan gördüyü zaman (kafirlər) onun qəzəblənməsini və uğultusunu eşidəcəklər. (Cəhənnəmin insanları görməsi məcazi olaraq onunla qarşılaşmaq mənasına gələ bildiyi kimi, həqiqi mənada Allah-Təalanın cəhənnəmə görmə qabiliyyəti verməsi kimi də izah oluna bilər.)
Kerbelayi Malik ağa:
Onlar uzaqdan cəhənnəm atəşini gördüyü zaman onun qəzəblə qaynamasını və uğultusunu eşitdilər.
Ələsgər Musayev:
Onda ki, gördü onları uzaq məkandan, eşidəcəklər onun qeyzlənməsini və gurultusunu.
A.Mehdiyev və D.Cəfərli:
(Həmin yandıran od) uzaqdan onları görəndə, onlar (kafirlər) onun hiddət və qəzəb nərəsini və şölələrinin səsini eşidərlər.
Kövsər Tağıyev:
Bu atəş onları uzaqdan görüncə onun dəhşətli qaynamasını və uğultusunu eşidərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
O [od], uzaq məsafədən onları görəndə onlar onun qəzəbli səsini və uğultusunu eşidərlər.
Sabirə Dünyamalıyeva:
O şiddətli atəş onları uzaq bir yerdən görən kimi, onun qəzəblənməsini və uğultusunu eşitdilər.