Əlixan Musayev:
Əlini qoynuna sal ki, (əlin )(oradan) ləkəsiz, ağappaq çıxsın. Firona və onun tayfasına göndərilən doqquz möcüzədən biri budur. Həqiqətən, onlar fasiq bir tayfadır!”
Bünyadov-Məmmədəliyev:
Əlini qoynuna (köynəyinin yaxasına, yaxud qoltuğunun altına) qoy ki, Firona və onun tayfasına göndərilən doqquz möcüzədən biri olaraq eyibsiz-qüsursuz ağappaq (parlaq bir nur kimi) çıxsın. Həqiqətən, onlar (Allahın itaətindən çıxmış) fasiq bir camaatdır!”
Elmir Quliyev
:
Сунь свою руку за пазуху, и она выйдет белой (цвета молока, светящейся), без следов болезни. Вот некоторые из девяти знамений для Фараона и его народа. Воистину, они являются людьми нечестивыми".
Ələddin Sultanov:
Əlini qoynuna sal ki, qüsursuz və ağappaq çıxsın. Bu, Firon və onun qövmünə göstəriləcək doqquz möcüzədən biridir. Həqiqətən, onlar fasiq bir qövmdür”.
Kerbelayi Malik ağa:
Əlini qoynuna qoy. Əlin eyibsiz-qüsursuz ağappaq olaraq çıxar. Bu (möcüzə) Firona və onun qövmünə (aid) doqquz möcüzədən biridir. Şübhəsiz ki, onlar fasiq bir qövm oldular.
Ələsgər Musayev:
Daxil et əlini qoynuna ki, Firauna və onun qoumuna tərəf doqquz ayətdən biri olaraq bəyaz, eyibsiz xaric olsun. Həqiqətən, onlar fasiq qoum oldular».
A.Mehdiyev və D.Cəfərli:
«Əlini qoynuna qoy ki, doqquz möcüzənin biri kimi parıldayan, eyibsiz-qüsursuz çıxsın. (Beləliklə) Firon və onun qövmünə sarı (yollan). Həqiqətən, onlar fasiq və itaətsiz bir qövmdürlər».
Kövsər Tağıyev:
“Əlini qoynuna sal, Firona və onun qövmünə göndərilən doqquz möcüzədən biri olaraq ağappaq çıxsın. Çünki onlar fasiq bir qövmdürlər”.
M.Qənioğlu və T.Bilaloğlu:
Əlini qoltuğuna sal və o, Firona və onun camaatına (göndərilmiş) doqquz möcüzədən biri olaraq qüsursuz, ağappaq çıxacaqdır. Axı onlar azğın adamlardır."
Sabirə Dünyamalıyeva:
Və qoynundakı gücü də işə sal, doqquz ayə [nişanə/işarət] arasından Firona və onun tayfasına qüsursuz, mükəmməl bir şəkildə çıxacaqsan. Həqiqətən onlar yoldan azan bir tayfa olmuşdur."