Qəsəs Surəsi 12. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Daha öncə Biz ona (öz anasından başqa bütün) süd analarını (onların döşünü əmməyi) qadağan etmişdik. (Musanın bacısı) dedi: “Sizin üçün onun qayğısına qalacaq ona qarşı xeyirxah olacaq bir ailəni sizə göstərimmi?”
Bünyadov-Məmmədəliyev:
Bundan (anası saraya gəlməmişdən) qabaq Biz ona (Musaya) süd analarını (özgə qadınların döşünü əmməyi) qadağan etmişdik. (Musanın bacısı Firon əhlinə) belə dedi: “Sizin üçün o uşağa süd verməyi (ona baxmağı) təmin edəcək, həm ona qarşı xeyirxah olacaq (onunla yaxşı davranacaq) bir ailəni (ev əhlini) sizə nişan verimmi?”
Elmir Quliyev :
Мы запретили ему брать грудь кормилиц, пока она (сестра Мусы) не сказала: "Показать ли вам семью, которая будет заботиться о нем для вас и будет желать ему добра?"
Ələddin Sultanov:
Biz əvvəlcədən ona süd analarını (onlardan süd əmməsini) qadağan etmişdik. Buna görə Musanın bacısı belə dedi: “Sizin üçün onun qayğısına qalacaq ona yaxşı davranacaq bir ailə göstərimmi?”
Kerbelayi Malik ağa:
Daha əvvəl ona (başqa) süd analarını haram etdik (qadağan etdik). (Onun bacısı Fironun ailəsinə): ‘Onun qayğısına qalacaq bir ailəni sizə göstərimmi? Onlar onu (körpəni) yaxşı yetişdirər.’ dedi.
Ələsgər Musayev:
Biz qadagan etdik ona bundan qabaq sud analar?n?. Dedi o: «Nisan verimmi siz? ev ?hlini, hans? ki, sizin ucun ona kifil olsunlar v? onlar onun ucun n?sih?t etsinl?r?»
A.Mehdiyev və D.Cəfərli:
Biz (bacısının onu tapmasından) öncə, bütün süd verən qadınları(n südünü) ona haram etdik. (Bu yaradılışda onun təbiətinə qoyulmuş bir haram idi.) (Körpə) heç kimin döşünü qəbul etmirdi (əmmirdi). Bacısı onlara dedi: «İstəyirsinizmi sizə zamin olub ona (uşağa) yaxşı baxacaq ona qarşı xeyirxah olacaq bir ailəni nişan verim?»
Kövsər Tağıyev:
Biz daha öncə onun süd analarının südünü əmməsinə imkan vermədik. Bacısı: “Sizə sizin adınızdan ona baxacaq ona şəfqət göstərəcək bir ailə göstərimmi?” dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Musanın (öz anasına qaytarılana) qədər başqalarından süd əmməsinə mane olduq. Bacısı dedi: "Sizin üçün onun qayğısına qalacaq ona yaxşı baxacaq bir ailəni sizə göstərimmi?"
Sabirə Dünyamalıyeva:
Biz daha əvvəl, ona süd analarını haram etdik. Belə olduqda, Musanın bacısı, "Sizə, sizin yerinizə onun baxacaq öyüd-nəsihət verib onu böyüdəcək bir ailə göstərimmi?" dedi.