Əlixan Musayev:
Kaş ki, günahkarları öz Rəbbi qarşısında başlarını aşağı dikərək: “Ey Rəbbimiz! Biz gördük və eşitdik. Bizi geri qaytar ki, yaxşı işlər görək. Həqiqətən də, biz qəti inandıq!”(– deyəndə )görəydin!
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Kaş günahkarları öz Rəbbinin hüzurunda (günahlarından utanaraq) başlarını aşağı dikib: “Ey Rəbbimiz! (Dünyada yalan hesab etdiyimiz qiyaməti və onun əzabını) gördük, (peyğəmbərlərin doğru dediklərini, haqq olduqlarını Səndən) eşitdik. İndi bizi (dünyaya) qaytar ki, yaxşı iş görək. Biz (Sənin vəhdaniyyətinə) tam yəqinliklə inandıq!” – deyəndə görəydin!
Elmir Quliyev
:
Если бы ты видел, как грешники опустят головы перед своим Господом: "Господь наш! Мы увидели и услышали. Пошли нас обратно, и мы будем поступать праведно. Воистину, мы обрели убежденность".
Ələddin Sultanov:
Kaş günahkarlar Rəbbinin hüzurunda başlarını aşağı salıb: “Ey Rəbbimiz! Gördük və eşitdik. Elə isə, bizi (dünyaya) geri qaytar ki, yaxşı işlər görək. Biz yəqinliklə iman gətirdik”, - deyərkən onları görəydin.
Kerbelayi Malik ağa:
Kaş günahkarları Rəblərinin hüzurunda başlarını əyərək: ‘Rəbbimiz, biz gördük və eşitdik. Bizi (dünyaya) geri döndər, saleh əməl (nəfsi islahedici əməl) işləyək. Şübhəsiz ki, biz tam yəqinliklə inananlar olduq.’- deyərkən görsəydin.
Ələsgər Musayev:
Əgər görəsən onda ki, cərimə olunmuşlar Rəblərinin
hüzurunda başlarını aşağı salıb: «Rəbbimiz! Gördük və eşitdik.
Bizi qaytar ki, saleh əməl edək! Həqiqətən, biz yəqin etdik!»
A.Mehdiyev və D.Cəfərli:
Kaş günahkarlar öz Rəbbinin hüzurunda başlarını aşağı salaraq «Ey Rəbbimiz! (vəd verdiyin şeyi öz gözümüzlə və qulaqlarımızla) gördük və eşitdik, belə isə bizi geri qaytar ki, yaxşı işlər görək, şübhəsiz, biz tam yəqinliklə inananlardanıq!» - (deyəndə) görəydin.
Kövsər Tağıyev:
Günahkarlar Rəblərinin hüzurunda boyunlarını büküb: “Rəbbimiz! (Həqiqəti) gördük və eşitdik. İndi bizi (dünyaya) qaytar ki, saleh əməl işləyək. Artıq biz yəqinliklə inanırıq”, – dedikləri zaman kaş (onları) bir görəydin!
M.Qənioğlu və T.Bilaloğlu:
Günahkarın öz Rəbbi qarşısında necə də başlarını aşağı dikib: “Rəbbimiz, biz gördük və eşitdik. Bizi geri qaytar ki, düz əməllər tutaq. Biz artıq qəti iman gətirdik." - dediklərini bir görəydin!
Sabirə Dünyamalıyeva:
Günahkarları, Rəbbinin hüzurunda başları önə əyilmiş olaraq: "Ey Rəbbimiz! Gördük və dinlədik, indi bizi geri qaytar ki, saleh bir əməl işləyək, biz artıq qəti bir şəkildə inanırıq" deyərkən bir görsən!