Əlixan Musayev:
Səhər bir aylıq məsafəni qət edən, günortadan sonra (yenə) bir aylıq məsafəni qət edən küləyi də Süleymana (ram etdik). Biz onun üçün mis qaynağını sel kimi axıtdıq. Rəbbinin izni ilə cinlərin bir qismi onun qabağında işləyirdi. Onlardan kim ki, (Süleymana itaət etməyib) əmrimizdən çıxırdısa, onu Cəhənnəm oduna düçar edirdik.
Bünyadov-Məmmədəliyev:
Süleymana da küləyi ram etdik. O (külək) səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi (bir gündə iki aylıq məsafəni qət edirdi). Onun üçün mis mədənini sel kimi əridib axıtdıq. (Davud dəmiri əlində yumşaldıb istədiyini düzəltdiyi kimi, Süleyman da misdən istədiyini düzəldirdi). Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi. Onlardan hər kəs (Süleymana itaət etməyib) əmrimizdən çıxırdısa, ona cəhənnəm odunun əzabından daddırırdıq.
Elmir Quliyev
:
Мы подчинили Сулейману (Соломону) ветер, который утром пролетал месячный путь и после полудня пролетал месячный путь. Мы заставили для него течь источник меди. Среди джиннов были такие, которые работали перед ним с дозволения его Господа. А того из них, кто уклонился от Нашего повеления, Мы заставили вкусить мучения в Пламени.
Ələddin Sultanov:
Səhər gedişi bir aylıq məsafə, axşam dönüşü də bir aylıq məsafə olan küləyi Süleymanın xidmətinə verdik. Ərimiş mis mədənini də onun üçün sel kimi axıtdıq. Cinlərin bir qismi Rəbbinin izni ilə onun hüzurunda çalışırdı. Onlardan kim əmrimizdən çıxırdısa, alovlu odun əzabından ona daddırırdıq.
Kerbelayi Malik ağa:
Səhər gedişi ilə bir aylıq, axşam gəlişi ilə bir aylıq məsafəni qət edən külək Süleyman üçündür (onun əmrinə tabe etmişdik). Ərimiş misi qaynağından onun üçün axıtdıq. Cinlərdən Rəbbinin icazəsiylə onun əlinin altında (əmrində) çalışanlar vardı. Onlardan kim əmrimizdən çıxırdısa, ona alovlu atəşin əzabını daddırırdıq.
Ələsgər Musayev:
Və Süleyman
üçün küləyi... Onun səhər yolu bir şəhr və onun axşam yolu bir
şəhr. Biz vəsilə etdik onun üçün bulağını misin. Cinlərdən
elələri var ki, onun qarşısında Rəbbinin izni ilə işləyirlər. Kim
onlardan Bizim əmrimizdən yayınarsa, ona yanar əzabı
daddırarıq.
A.Mehdiyev və D.Cəfərli:
Və Süleyman üçün küləyi (ram etdik). (Onun) sübh gedişi (sürətlə qaçan atın gedişi ilə) bir aylıq yol və axşam gedişi də bir aylıq yol idi. Onun üçün mis bulağını axıtdıq. Cin tayfasından elələri var idi ki, Rəbbinin izni ilə xidmətində işləyirdi. Onlardan hər kəs Bizim əmrimizdən boyun qaçırırdısa, ona alovlu oddan daddırırdıq.
Kövsər Tağıyev:
Süleymanın əmrinə də səhər əsməsi bir ay, axşam əsməsi də bir ay(lıq yol) olan küləyi verdik. Ərimiş mis mədənini də onun üçün sel kimi axıtdıq. Cinlərdən də Rəbbinin izni ilə onun önündə çalışanlar var idi. Onlardan kim bizim əmrimizdən çıxarsa, ona alovlu odun əzabını daddırarıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Səhər gedişi bir aylıq, axşam gedişi də bir aylıq (məsafəni qət edən) küləyi Süleymanın ixtiyanna verdik. Biz onun üçün mis çeşməsi axıtdıq. Cinlərdən isə onun Rəbbinin izni ilə qabağında işləyənlər (göndərdik). Onlardan hansı biri əmrimizdən çıxarsa, ona odun əzabını daddırarıq.
Sabirə Dünyamalıyeva:
12) Süleyman üçün də, səhər gedişi bir ay, axşam qayıdışı bir ay olan küləyi ram etdik; və Biz ərimiş mis mədənini ona sel kimi axıtdıq. Və Rəbbinin izni ilə/məlumatı daxilində onun əlinin altında iş görməkdə olan yadları ona ram etmişdik. Və onlardan kim Bizim əmrimizdən çıxıb yoldan azsa, ona şiddətli atəşin əzabından daddırdıq.