Əlixan Musayev:
İki dəniz eyni deyildir. Birinin suyu dadlı, şirin və içməyə rahat, digərininki isə həddindən artıq duzlu və acıdır. Onların hər birindən təzə balıq yeyir, taxdığınız zinət əşyalarını çıxarırsınız. Sən gəmilərin onu yara-yara üzdüyünü görürsən. (Bütün bunlar) (Allahın) lütfünü axtarıb tapmağınız və şükür etməyiniz üçündür.
Bünyadov-Məmmədəliyev:
İki dəniz eyni deyildir. Birinin suyu çox şirin, dadlı və içməyə rahat (boğazdan rahat keçən), digərininki isə həddindən artıq şor və acıdır. Onların hər birindən təzə ət (balıq) yeyir, taxdığınız (inci və mərcan kimi) bəzəklər çıxardırsınız. Onun (Allahın) lütfündən (nemətindən) ruzi diləyib axtarmağınız (ticarət etməyiniz) üçün gəmilərin də orada (suyu) yara-yara üzdüyünü görürsən. (Bütün bunlara görə), bəlkə, (Allaha) şükür edəsiniz.
Elmir Quliyev
:
Не равны два моря (вида воды). Это — вкусное, пресное, приятное для питья, а это — соленое, горькое. Из каждого из них вы едите свежее мясо и добываете украшения, которые вы носите. Ты видишь, как корабли бороздят их, чтобы вы могли искать Его милость, — быть может, вы будете благодарны.
Ələddin Sultanov:
İki dəniz eyni deyildir. Bu şirindir, susuzluğu aparır və içilməsi rahatdır. Digəri isə duzlu və acıdır. Hər birindən təzə (balıq) əti yeyirsiniz və taxacağınız bəzək əşyaları çıxardırsınız. Allahın lütfündən (nəsibinizi) axtarıb şükür edəsiniz deyə, gəmilərin orada dənizi yara-yara üzdüyünü görürsən.
Kerbelayi Malik ağa:
İki dəniz eyni deyildir. Birinin suyu şirin, susuzluğu yatıran, içməyə rahat olandır. Digərininki isə duzludur, acıdır. Onların hər birindən təzə ət yeyirsiniz. Taxacağınız zinət əşyası (inci, mərcan) çıxarırsınız. Onun fəzlindən istəməyiniz üçün onda (suyu) yara-yara üzən gəmilər görərsiniz. Bəlkə beləcə şükür edərsiniz.
Ələsgər Musayev:
Bərabər deyil iki dərya. Bu, şirin, içmək üçün xoşa
gələndir, bu isə şor, acıdır. Küllisindən təzə ət yeyirsiniz və
xaric edirsiniz geyindiyiniz bəzəklər. Sən görürsən orada
gəmiləri üzürlər, ondan ötrü ki, siz Onun fəzlindən axtarasınız,
ola ki, şükr edəsiniz!
A.Mehdiyev və D.Cəfərli:
İki dəniz (dənizə oxşar olan böyük çaylar və dənizlər) əsla bir-biri ilə eyni deyildir. Bunun biri pak, şirin və susuzluğu yatırandır nuşcanlıqla içilir o birisi duzlu (şor) və acıdır. Onların hər birindən təzə ət (balıq və sairə) yeyirsiniz və taxdığınız zinətləri çıxarırsınız. Allahın lütfündən və nemətindən (ruzi) axtarmağınız üçün gəmiləri orada dənizin köksünü yara –yara üzən görərsən. Bəlkə şükr edəsiniz. (Geniş və əhatəli olan insan ruhu mömində və kafirdə hər ikisi xeyir işlər və bəşərə xidmətlər göstərsələr belə iman və əxlaqi faydalar və həqiqət baxımından eyni deyildir.)
Kövsər Tağıyev:
İki dəniz eyni olmaz. Bu şirindir, susuzluğu aparır, içilməsi rahatdır. Bu isə duzludur, acıdır. Bununla belə onların hər birindən təzə ət yeyirsiniz və taxacağınız zinət əşyaları çıxarırsınız. Allahın lütfündən istəməniz və şükür etməniz üçün gəmilərin orada suyu yara-yara getdiyini görürsən.
M.Qənioğlu və T.Bilaloğlu:
İki dəniz eyni deyildir. Biri şirin, dadlı, içmək üçün rahatdır, digəri isə duzlu, acıdır. Siz hər birindən təzə ətlə qidalanırsınız və oradan taxdığınız zinətləri çıxarırsınız. Sən orada cövlan edən gəmiləri görürsən. Bu da Onun lütfündən (ruzi) axtarıb tapa bilməniz üçündür ki, bəlkə şükr edəsiniz.
Sabirə Dünyamalıyeva:
İki dəniz də eyni deyil; bu şirindir, hərarəti kəsər və içərkən boğazdan rahatlıqla keçər; digəri isə şordur, yandırıb qovurur. Hər birindən təzə bir ət yeyərsiniz və geymək üçün bir bəzək çıxararsınız. Allahın lütfündən haqqınız olanı axtarmağınız üçün və sizə verilən nemətlərin əvəzini ödəyəsiniz deyə, orada suyu yara-yara gedən gəmilər görərsən.