Hucurat Surəsi 12. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!
Elmir Quliyev :
О те, которые уверовали! Избегайте многих предположений, ибо некоторые предположения являются грехом. Не следите друг за другом и не злословьте за спиной друг друга. Разве понравится кому-либо из вас есть мясо своего покойного брата, если вы чувствуете к этому отвращение? Бойтесь Аллаха! Воистину, Аллах Принимающий покаяния, Милосердный.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Zənnin çoxundan uzaq durun! Həqiqətən, zənnin bir qismi günahdır. Bir-birinizi güdməyin bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz, ölmüş qardaşının ətini yeməkdən xoşlanarmı?! Gördünüzmü bu sizdə ikrah hissi oyatdı. Allahdan qorxun! Şübhəsiz ki, Allah tövbələri çox qəbul edəndir, rəhmlidir.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Zənndən çox çəkinin. Şübhəsiz ki, bəzi zənnlər günahdır. Arayıb araşdırmayın (maraqlanıb insanların səhvlərini araşdırmayın). Sizin bir qisminiz digərlərinin qeybətini qırmasın. Heç sizdən biriniz ölmüş qardaşının ətini yeməkdən xoşlanarmı? Əlbəttə ondan iyrənərsiniz. Allaha qarşı təqva sahibi olun. Şübhəsiz ki, Allah tövbələri qəbul edən Rəhim olandır.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Qorunun çoxlu zənlərdən! Həqiqətən, bəzi zənlər günahdır. Bir-birinizi güdməyin sizlərdən bəziləri bəzilərini qeybət etməsin. Ə, sevirsinizmi qardaşınızın meyyit ətini yeməyi ondan bərk kərahətiniz var? Qorxun Allahdan, həqiqətən, Allah Təvvabdır, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün onların hamısından çəkinmək lazımdır. Həmçinin başqalarının eyb sirlərini) arayıb-axtarmayın bir-birinizin qeybətini etməyin. Məgər sizin biriniz öz ölmüş qardaşının ətini yemək istəyər? (Şübhəsiz,) ondan iyrənərsiniz. Allahdan qorxun ki, Allah çox nəzər yetirən, tövbə qəbul edən mehribandır.
Kövsər Tağıyev:
Ey iman edənlər! Zənnin çoxundan çəkinin. Çünki zənnin bir qismi günahdır. Bir-birinizin qüsurlarını məhrəm sirlərini araşdırmayın. Bir-birinizin qeybətini etməyin. Hər hansı birinizin ölü qardaşının ətini yeməkdən xoşu gələrmi? Bax bundan diksindiniz! Allaha qarşı gəlməkdən çəkinin. Şübhəsiz, Allah tövbəni çox qəbul edəndir, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Zənlərin bir çoxundan uzaq olun, axı zənlərin bəzisi günahdır. Bir-birinizi güdməyin biriniz o qeybətini etməsin. Məgər sizlərdən biri, qardaşı ölərsə, onun ətini yemək istəyərmi? Siz ki buna ikrah etdiniz. Allahdan qorxun, axı Allah tövbələri qəbul edəndir, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Zənnin bir çoxundan çəkinin. Şübhəsiz ki, zənnin bir qismi günahdır. Bir-birinizin qüsurunu axtarmayın. Bir qisminiz bir qisminizin qeybətini etməsin/onun olmadığı yerdə ağzına gələni danışmasın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Bax, bu sizdə ikrah oyatdı. Allahın mühafizəsi altına daxil olun. Şübhəsiz ki, Allah tövbələri çox qəbul edən, çox tövbə fürsəti verəndir, çox mərhəmət sahibidir.