Hədid Surəsi 12. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O gün sən mömin kişilərin mömin qadınların nurunun onların önlərindən sağ tərəflərindən yayıldığını görəcəksən. (Onlara:) “Bu gün sizin müjdəniz (ağacları )altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!”– (deyiləcək.) Bu, böyük uğurdur.
Bünyadov-Məmmədəliyev:
O gün (qiyamət günü, ya Peyğəmbər!) mömin kişilərin qadınların (səmimi etiqadları dünyada etdikləri yaxşı əməllər müqabilində nail olduqları iman) nurunun onların önlərindən sağ tərəflərindən axıb şölə saçdığını (qıl körpüsü üstündə onlara yol göstərdiyini) görəcəksən. (Mələklər onlara deyəcəklər: ) “Bu gün sizin müjdəniz (ağacları) altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız!” Bu, böyük qurtuluşdur (uğurdur)!
Elmir Quliyev :
в тот день, когда ты увидишь, как перед верующими мужчинами и верующими женщинами и справа от них будет распространяться их свет. Возрадуйтесь сегодня Райским садам, в которых текут реки. Вы пребудете в них вечно. Это и есть великое преуспеяние.
Ələddin Sultanov:
O gün mömin kişi qadınların nurlarının önlərindən sağ tərəflərindən saçıldığını görərsən. (Onlara belə deyiləcəkdir:) “Bu gün sizin müjdəniz ağacları altından çaylar axan, içində əbədi qalacağınız cənnətlərdir!” Əsil böyük müvəffəqiyyət budur.
Kerbelayi Malik ağa:
O gün mömin kişiləri mömin qadınları nurları önlərində sağlarında yayılarkən görərsən. Bu gün sizin müjdəniz orada əbədi olaraq qalacağınız, altından çaylar axan cənnətlərdir. O, fevzül əzimdir (ən böyük qurtuluşdur).
Ələsgər Musayev:
O gün görəcəksən inanan kişilərin qadınların qarşılarından sağ tərəflərindən nur yağır: «Bəşarət sizə bu gün!» Bağlar cari olur altından onun nəhrlər, həmişəlik qalaraq orada. Budur əzəmətli müvəffəqiyyət.
A.Mehdiyev və D.Cəfərli:
Mömin kişi qadınların nurlarının qabaqlarında sağ tərəflərində irəlilədiyini görəcəyin gün, (onlara) «bu gün sizə altından çaylar axan, əbədi qalacağınız Cənnət bağlarla müjdə olsun» (deyiləcəkdir). Bu həmin böyük uğur qurtuluşdur!
Kövsər Tağıyev:
Mömin kişilərlə mömin qadınların nurlarının önlərində sağlarında qaçdığını görəcəyin gün onlara belə deyilər: “Bu gün sizə müjdələnən şey içlərindən çaylar axan, əbədi qalacağınız cənnətlərdir”. Bax bu, böyük uğurdur.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü sən mömin kişi qadınların nurunun onların qarşılarında sağ tərəflərində hərəkət etdiyini görəcəksən. (Onlara deyiləcək): "Bu gün sizin müjdəniz dibindən çaylar axan orada əbədi qalacağınız cənnət bağlarıdır." Bax, böyük uğur budur!
Sabirə Dünyamalıyeva:
O gün, mömin kişilərin qadınların, əllərinin arasında sağlarından işıqları olduğu halda qaçdığını görəcəksən. -Bu gün müjdəniz altlarından çaylar axan, içində əbədi qalacağınız cənnətlərdir. Bax bu, məhz çox böyük qurtuluşdur!-