Həşr Surəsi 12. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər onlar (yurdlarından) qovulsalar, (münafiqlər) onlarla birlikdə çıxıb getməz, (müsəlmanlar) onlara qarşı vuruşsalar, onlara köməklik göstərməzlər. Əgər onlara yardım etmiş olsalar belə, geri dönüb qaçar, sonra da onlara heç bir kömək edilməz.
Bünyadov-Məmmədəliyev:
And olsun ki, əgər onlar (Bəni Nəzər qəbiləsi) yurdlarından çıxarılsalar, (münafiqlər) onlarla birlikdə (öz yurdlarından) çıxmazlar. Əgər (möminlər) onlarla vuruşsalar, (münafiqlər) onlara (yəhudilərə) kömək etməzlər. Yox, əgər (münafiqlər) onlara yardım etmiş olsalar, (özləri məğlubiyyətə uğrayaraq) arxa çevirib qaçar, sonra da onlara (Bəni Nəzir qəbiləsinə) heç bir kömək olunmaz!
Elmir Quliyev :
Если они будут изгнаны, то те не уйдут вместе с ними. Если с ними сразятся, то они не помогут им. А если даже они помогут им, то повернут вспять, после чего уже никто не поможет им.
Ələddin Sultanov:
Əgər onlar yurdlarından çıxarılsalar, (münafiqlər) onlarla birlikdə çıxmazlar. Əgər (möminlər) onlarla vuruşsalar, onlara yardım etməzlər. Yardım etsələr belə, arxalarını çevirib qaçarlar. Sonra onlara da heç bir yardım olunmaz.
Kerbelayi Malik ağa:
Əgər həqiqətən (yurdlarından) çıxarılsalar, onlarla birlikdə çıxmazlar. Əgər həqiqətən döyüşsələr, onlara kömək etməzlər. Həqiqətən onlara kömək etsələr belə, mütləq arxa çevirərlər (döyüşdən qaçarlar). Sonra onlara yardım olunmaz.
Ələsgər Musayev:
Əgər xaric olsalar, onlarla birlikdə xaric olmazlar. Əgər döyüşsələr, yardım etməzlər onlara. Əgər yardım etsələr, onda üz döndərərlər idbarlı halda, sonra yardım olunmazlar!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, əgər onlar (kafirlər öz yurdlarından) çıxarılsalar, bunlar (münafiqlər) onlarla birgə çıxmazlar əgər onlarla döyüş baş versə, onlara kömək etməzlər əgər (fərz olunsa ki,) kömək edələr, onlara arxa çevirərək qaçarlar, sonra da (o iki dəstədən heç birinə) kömək olunmaz.
Kövsər Tağıyev:
And olsun, əgər (qardaşları Mədinədən) çıxarılsa, onlarla birlikdə çıxmazlar. Onlara qarşı savaş açılsa, onlara kömək etməzlər. Kömək edəsi olsalar belə, and olsun mütləq arxalarını dönüb qaçarlar, sonra onlara da kömək edilməz.
M.Qənioğlu və T.Bilaloğlu:
And olsun ki, əgər onlar [kitab əhli] (yurdlarından) qovulsalar (münafiqlər) onlarla birlikdə çıxmazlar. Onlarla vuruşan olsa, onlara kömək etməzlər. Əgər kömək etmiş olsalar belə, geri dönüb qaçarlar. Sonra onlara kömək edilməz.
Sabirə Dünyamalıyeva:
And olsun, əgər onları çıxarsalar, onlarla birlikdə çıxmazlar. Yenə and olsun, əgər onlarla vuruşsalar, onlara kömək etməzlər; and olsun, əgər kömək etsələr belə, mütləq dönüb qaçarlar. Sonra da onlara kömək edilməz.