Ənam Surəsi 12. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Göylərdə yerdə olanlar kimə məxsusdur?” De: “Allaha məxsusdur!” (Allah) Özünə rəhmli olmağı yazmış-­dır. (Gələcəyinə) şübhə edilməyən Qiyamət gününə sizi O toplayacaqdır. Özlərini ziyana uğradanlar iman gətirməzlər.
Bünyadov-Məmmədəliyev:
De: “Göylərdə yerlərdə olanlar kimindir?” De: “Allahındır!” O Öz-özünə rəhmli olmağı yazmışdır. (Bəndələrinə qarşı rəhmli olmağı Özü üçün əzəldən O Müəyyən etmişdir). Olacağına heç bir şübhə edilməyən qiyamət gününə sizi O toplayacaqdır. Özlərinə zərər vuranlar, əlbəttə, iman gətirməzlər!
Elmir Quliyev :
Скажи: "Кому принадлежит то, что на небесах и на земле?" Скажи: "Аллаху! Он предписал Себе милосердие. Он непременно соберет вас вместе в День воскресения, в котором нет сомнения. Те, которые потеряли самих себя, никогда не уверуют".
Ələddin Sultanov:
De: “Göylərdə yerdə olanlar kimindir?” De ki: “Allahındır!” O, Özünə mərhəmətli olmağı vacib etmişdir. O sizi olacağına şübhə olmayan qiyamət günündə mütləq bir yerə toplayacaqdır. Özlərinə zərər yetirənlər isə iman gətirməzlər.
Kerbelayi Malik ağa:
De ki: ‘Səmalarda yer üzündə olan şeylər kimindir?’’Hamısı Allahındır!’ de. Allahu Təala öz üzərinə rəhməti yazdı. Haqqında şübhə olmayan qiyamət günündə sizləri mütləq toplayacaq. O kəslər ki, nəfslərini hüsrana düşürdülər (ziyana uğratdılar) onlar mömin deyillər.
Ələsgər Musayev:
De: «Kimin üçündür səmalarda ərzdə olanlar?» De: «Allah üçündür! Yazıb üzərinə Öz Nəfsinin rəhməti. O cəm edəcək sizi qiyamət günündə ki, onda şübhə yoxdur! O kəslər ki, öz nəfslərinə xəsarət yetirirlər həmin onlar inanmazlar!
A.Mehdiyev və D.Cəfərli:
De: «Göylərdə yerdə olan kimə məxsusdur?» De: «Allaha məxsusdur». O (Özü) Özünə (bəndələrinə qarşı) rəhmli olmağı müəyyənləşdirmişdir. (Buna görə də) sizi (əvvəlincinizdən axırıncınızadək) mütləq barəsində heç bir şəkk-şübhə olmayan Qiyamət günündə bir yerə toplayacaqdır. (Lakin) özlərini uduzmuş ziyana salmış kəslər iman gətirməzlər.
Kövsər Tağıyev:
De ki: “Bu göydəkilər yerdəkilər kimindir?” “Allahındır”, de. O, mərhəmət etməyi özünə vacib etdi. And olsun, sizi mütləq qiyamət günü toplayacaq. Bunda heç şübhə yoxdur. Özlərini ziyana salanlar ki var, onlar inanmazlar.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Göylərdə yerdə olanlar kimə məxsusdur?" De: "Allaha! O, Özü Özünə mərhəmətli olmaq yazmışdır. O, şəkk-şübhə olmayan qiyamət gününə sizi toplayacaqdır. Öz-özlərinə zərər vuranlar iman gətirməzlər.
Sabirə Dünyamalıyeva:
De ki: "Göylərdə yerdə olanlar kimin üçündür?" De ki: "Allah üçündür." Allah, rəhməti Öz Zatına yazmışdır. Sizi mütləq, əsla şübhə olmayan qiyamət gününə bir yerə yığacaqdır. Öz özlərinə zərər verən kəslər, bax onlar iman etməzlər.