Mümtahinə Surəsi 12. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqlarına, oğurluq zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, əlləri ilə ayaqları arasından olanı yalanla ört-basdır etməyəcəklərinə (ərlərindən olmayan uşaqlarını onlara isnad etməyəcəklərinə) heç bir yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et Allahdan onlar üçün bağışlanma dilə. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Ya Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri (qız uşaqlarını diri-diri torpağa gömməyəcəklərini), özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri heç bir yaxşı (bəyənilən) işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et Allahdan onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev :
О Пророк! Если верующие женщины придут к тебе, чтобы присягнуть в том, что они не будут приобщать сотоварищей к Аллаху, красть, прелюбодействовать, убивать своих детей, покрывать клеветой то, что между их руками и ногами, и ослушаться тебя в благих делах , то прими у них присягу и попроси у Аллаха прощения для них. Воистину, Аллах Прощающий, Милосердный.
Ələddin Sultanov:
Ey Peyğəmbər! Mömin qadınlar heç bir şeyi Allaha şərik qoşmayacaqlarına, oğurluq zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, özlərindən uydurduqları bir böhtanla gəlməyəcəklərinə (başqa kişilərdən olan uşaqlarını yalandan öz ərlərinə isnad etməyəcəklərinə) yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair beyət etmək üçün sənin yanına gəlsələr, onların beyətlərini qəbul et Allahdan onların bağışlanmasını dilə! Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.
Kerbelayi Malik ağa:
Ey nəbi! Mömin qadınlar Allaha heç bir şeyi şərik qoşmamaq, oğurluq etməmək, zina etməmək, övladlarını öldürməmək, əlləri ayaqları arasında bir iftira uydurmamaq, maruf bir (Allahın əmr qadağaları) mövzusunda sənə qarşı çıxmamaq üzərə sənə tabe olmaq üçün gəldikləri zaman artıq onların beyətlərini qəbul et onlar üçün Allahdan məğfirət dilə. Şübhəsiz ki, Allah Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
Ay nəbi! Onda ki, sənin yanına inanan qadınlar beyət etmək üçün gəldilər, gərək itaət edərək əhd edələr ki, heç vaxt Allah ilə şərik qoşmayacaqlar bir şeyi oğurluq etməyəcəklər zina etməyəcəklər övladlarını öldürməyəcəklər gəlməyəcəklər böhtan ilə iftira edərək onu əlləri ayaqları qarşısında mərifətli işlərdə sənə asi olmayacaqlar. Beyətlərini qəbul et onlar üçün Allahdan bağışlanmaq istə, həqiqətən, Allah Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Ey peyğəmbər, möminə qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri, öz qarnı ilə ayaqları arasından çıxan uşağı (başqasının uşağını, yaxud öz haramzada uşağını) iftirayla ərlərinə aid etməyəcəklərini sənə heç bir yaxşı işdə (vacib əmrdə) itaətsizlik göstərməmək barədə beyət etmək üçün yanına gəldikləri zaman onlarla beyət et (beyətlərini qəbul et). Onlar üçün Allahdan bağışlanmaq dilə ki, Allah bağışlayan mehribandır.
Kövsər Tağıyev:
Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şeyi şərik qoşmamaq, oğurluq etməmək, zina etməmək, övladlarını öldürməmək, əlləri ilə ayaqları arasında bir iftira uydurub gətirməmək, heç bir yaxşı işdə sənə qarşı gəlməmək barəsində sənə beyət etmək üçün sənin yanına gəldikləri zaman beyətlərini qəbul et onlar üçün Allahdan bağışlanma dilə. Şübhəsiz, Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Еу peyğəmbər! Mömin qadınların heç nəyi Allaha şərik qoşmayacaqları, oğurluq etməyəcəkləri, zina tutmayacaqları, uşaqlarını öldürməyəcəkləri, əlləri ilə ayaqları arasında bir iftira uydurub gətirməyəcəkləri təqdirəlayiq işlərdə sənə qarşı çıxmayacaqları barəsində beyət etmək üçün Sənin yanına gəldikləri vaxt onların beyətini qəbul et Allahdan onların bağışlanmasını istə! Axı Allah bağışlayandır, rəhmlidir!
Sabirə Dünyamalıyeva:
Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şeyi şərik qoşmamaq, oğurluq etməmək, zina etməmək, uşaqlarını öldürməmək, əlləri ilə ayaqları arasında bir böhtan uydurub gətirməmək, hər kəs tərəfindən məqbul hesab edilən/vəhyə uyğun gələn məsələlərdə sənə üsyan etməmək barədə sədaqət andı içərək sənə gəlsələr, dərhal onların sədaqət andını qəbul et onlar üçün Allahdan məğfirət [bağışlanma] dilə. Şübhəsiz ki, Allah çox bağışlayan, çox mərhəmət edəndir.