Əraf Surəsi 12. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Allah) dedi: “Mən sənə əmr etdikdə sənə səcdə etməyə mane oldu?” (İblis) dedi: “Mən ondan daha üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”
Bünyadov-Məmmədəliyev:
(Allah iblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə mane oldu?” deyə buyurdu. (İblis:) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” dedi.
Elmir Quliyev :
Аллах сказал: "Что помешало тебе пасть ниц, когда Я приказал тебе?" Иблис сказал: лучше него. Ты сотворил меня из огня, а его из глины".
Ələddin Sultanov:
Allah buyurdu: “Mən sənə əmr etdiyim zaman səcdə etməyinə mane oldu?” (İblis) dedi: “Mən ondan daha xeyirliyəm (üstünəm). Məni oddan, onu isə palçıqdan yaratmısan”.
Kerbelayi Malik ağa:
(Allahu Təala) belə buyurdu: ‘Sənə (səcdə etməyi) əmr etdiyim zaman sənə səcdə etməyə mane olan nədir?’ İblis: ‘Mən ondan xeyirliyəm, məni atəşdən onu nəmli torpaqdan (palçıqdan) yaratdın.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Nə mane oldu sənə səcdə edəsən, onda ki, əmr etdim sənə? Dedi: «Mən xeyirliyəm ondan. Xəlq edibsən məni oddan onu isə xəlq edibsən gildən».
A.Mehdiyev və D.Cəfərli:
Allah buyurdu: «Sənə əmr etdiyim zaman, səcdə etməməyinə mane oldu?» Dedi: «Mən ondan daha yaxşıyam, məni oddan, onu isə gildən yaratmısan. (Od gildən daha yaxşıdır. Buna görə daha yaxşıdan yaradılmış şey, daha yaxşıdır).
Kövsər Tağıyev:
Allah: “Sənə əmr etdiyim zaman ehtiramla əyilməyinə mane oldu?” dedi. (O da:) “Mən ondan xeyirliyəm. Çünki məni oddan yaratdın. Onu isə palçıqdan yaratdın”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O, [Allah] dedi: "Mən sənə əmr etdiyim halda səcdə etməyinə mane oldu?" O dedi: "Mən ki ondan yaxşıyam; axı Sən məni oddan, onu isə palçıqdan yaratmısan".
Sabirə Dünyamalıyeva:
Allah, "Sənə əmr etdiyim vaxt, boyun əyib təslim olmağına mane oldu?" dedi. İblis, "Mən onlardan xeyrliyəm; məni oddan/enerjidən əmələ gətirdin, onu da palçıqdan/maddədən əmələ gətirdin" dedi.